Bakı Dövlət Universiteti (BDU) Kimya elmi sahəsində tədqiqat aparan BDU-nun magistrant, doktorant və əməkdaşları arasında akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi” elan edir..
ℹ️ Müsabiqənin məqsədi Kimya elm sahəsində tədqiqat aparan, 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.
🔹️ Müsabiqənin qalibləri diplom və pul mükafatları ilə təltif edilirlər:
✨️ 1-ci yer:
1 nəfər (2 000 manat);
✨️.2-ci yer:
1 nəfər (1 500 manat);
✨️ 3-cü yer:
1 nəfər (1 000 manat);
‼️ Müsabiqədə iştirak etmək üçün tələblər:
🔸️ 2025-ci ildə dərc olunmuş elmi məqalələrinin ümumi sayı 3-dən az olmamalı, o cümlədən ən azı 2 məqalə “Web of Science” və/və ya “Scopus” bazalarına daxil olan jurnallarda dərc olunmalıdır.
Bakı Dövlət Universiteti (BDU) Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi” elan edir
10323.10.2025 - 05:00
