Ətrafında ona inanan,onu dəstəkləyən,onun inkişafını görmək istəyən insanlar olanda motivasiya çoxalır,yəni valideyin tənqidlə deyil,sevgi dolu, mülayim yanaşanda uşaqlarda da təbii ki,oxumağa qarşı büyük həvəs yaranacaq
Bu fikirləri “Tehsil365” ə açıqlamasında psixoloq Nizami Orucov deyib.O,bildirib ki:
“İlk növbədə gənclər öz məqsədlərini dərk etməlidirlər ki, onlarda oxumaq üçün həvəs,motivasiya yaransın.Digər bir üsul,kiçik uğurları görmək və onları qeyd etmək, hətta müəyyən onlara görə xoş sözlər,hədiyyələr etməktir.Həm valideynler, müəllimlər tərəfindən edilə bilər,həm də uşaqların özü,özlərini edə bilərlər. Bu,insanda mükafatdan yaranan bir həvəs formalaşdırır və üstəlik mən,bacararam hissi formalaşır.Bu da hamısı lazımdır ki,gənclər,tələbələr,şagirdlər növbəti etablara həvəsdi olsunlar.Digər məsələ,dərsi və öyrənmə prosesini bir az emosional və real həyatla əlaqələndirməkdir. Bu,nə deməkdir? Yəni,kor-köranə uşaqlara nə gəldi öyrətmək, quru-quru əzbərlətməyə ehtiyac yoxdur. Uşaqlar bilməlidir ki,bu bilik mənim həyatımda özünü necə göstərəcək? Gələcək ixtisasdan əlaqələndirmək olar,hansısa həyat problemlərinin həlliylə bağlamaq olar.Bunları biləndə insanda oxumaq həvəsi artır.Yəni,bunun hamısı motivasiyanı gücləndirir”.

