Təhsil 365 - Logo Mobile

Qarabağ Universitetinin fəaliyyətinin 2026-cı ildə təmin edilməsi məqsədilə 39 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

12524.10.2025 - 04:50
Qarabağ Universitetinin fəaliyyətinin 2026-cı ildə təmin edilməsi məqsədilə 39 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

2020-ci il oktyabrın 24-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirmi səkkizinci günü.

“Tehsil365” xatırladır ki, oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edir. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ordumuzun bölmələri əməliyyat planına uyğun olaraq, cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirir.

Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulur. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılır. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilir. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülür, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılır və vacib yüksəkliklər azad edilir.

Gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilir.

Cəbhədə ciddi itkilərlə üzləşən düşmən müharibə cinayətlərini davam etdirərək mülki vətəndaşlarımızı hədəf alır. Tərtər, Bərdə, Goranboy və Naftalan rayonlarının ərazilərindəki yaşayış məntəqələrimizi yaylım atəşli reaktiv sistemlərdən atəşə tutur.

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atır. Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd göstərir. Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilir. Düşmən qüvvələrindən əsir götürülənlər olur.

Saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin üç tankı, iki sığınacağı və bölüyün dörd dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edir.

Saat 15:25-də Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilir.

Azərbaycan Ordusu cəbhədə, Prezident İlham Əliyev isə diplomatiya cəbhəsində düşmən təxribatlarını dizə gətirir. Həmin gün Fransanın "Figaro" qəzetinə müsahibə verən Ali Baş Komandan bütün təxribatçı sualları faktlarla cavablandırır:

"Biz sentyabrın 27-də Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçib. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olub. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum edib. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik boru kəməri, demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin, Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay - avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılıb və o ifadə verir. Beləliklə bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhddir. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik".

Beləliklə, müharibənin iyirmi səkkizinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.

İnci Mehdizadə

Xəbər Lenti

ADU-da beynəlxalq layihəyə seçilən tələbələrlə görüş olub24.10.2025 - 19:55
Doq Keysi: Qarabağ Universitetində tələbələrlə görüşmək bizi ən çox təsirləndirən an oldu24.10.2025 - 19:51
Tarix Muzeyində Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.24.10.2025 - 19:40
Dendrologiya İnstitutu əməkdaşının monoqrafiyası çap olunub24.10.2025 - 19:29
“Ümumi təhsil haqqında” Qanuna yeni maddə əlavə edilir24.10.2025 - 19:15
Bakı şəhəri üzrə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsi24.10.2025 - 19:01
Bioelektrik siqnallarının ötürülməsi mexanizmi ilə bağlı elmi seminar keçirilib24.10.2025 - 18:47
NDU-da IELTS imtahanı təşkil olunub24.10.2025 - 18:32
Bu şəxslərin təhsil güzəştləri gələn il də qüvvədə qalacaq24.10.2025 - 18:17
Bakı Fotoqrafiya Evində əcnəbi tələbə və məzunların fotoəsərləri nümayiş olunub24.10.2025 - 18:02
İnzibati dövlət qulluğu imtahanına buraxılış vərəqələri təqdim edilib24.10.2025 - 17:36
DİM-də elmi-metodik seminarlar keçirilib24.10.2025 - 17:24
DİM-də hazırlıq kurslarının ilk məşğələləri keçirilib24.10.2025 - 17:11
Qüdsün qərb divarı yaxınlığında ən qədim Assuriya yazısı tapılıb24.10.2025 - 17:00
“Dövlət və cəmiyyət arasında körpü qurmaq — bu ixtisasın əsas məqsədidir”-İlahə Səmədzadə24.10.2025 - 16:59
“Təlimçilər üçün təlim” mövzusunda təlim təşkil olunub24.10.2025 - 16:58
ADMİU məzunlarının növbəti uğuru24.10.2025 - 16:55
Prezident Kitabxanasında tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirilib24.10.2025 - 16:50
ADMİU-da “Bilik Kuboku–2025” start götürüb24.10.2025 - 16:50
Bu müəllimlərə maaşdan əlavə pul veriləcək24.10.2025 - 16:50
İqtisadçı mütəxəssisin tələbələrlə görüşü24.10.2025 - 16:47
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi üçün buraxılış vərəqələri təqdim olunub24.10.2025 - 16:46
Ayşən Məmmədova Orhun Müəllim Mübadilə Proqramı çərçivəsində Artvin Çoruh Universitetində olub24.10.2025 - 16:41
Hər gün mixək çubuğu çeynəyin24.10.2025 - 16:40
BSU-da Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvləri ilə seminar keçirilib24.10.2025 - 16:40
Günay Əliyeva Türkiyənin Artvin Çoruh Universitetində olub24.10.2025 - 16:37
“OpenAI” “Apple” üçün startap satın aldı24.10.2025 - 16:35
ADNSU və UFAZ tədqiqatçılarının beynəlxalq əməkdaşlığı kvant texnologiyaları üçün yeni maqnit materialların kəşfinə yol açıb24.10.2025 - 16:35
Bakıda "Süni intellekt insan və transformasiya üçün” mövzusunda konfrans keçirilir24.10.2025 - 16:33
Rusiyaşünaslıq mərkəzinin müdiri “Rus dünyası” Assambleyasında iştirak edib24.10.2025 - 16:30
İlin sonunadək 2 Super Ay müşahidə olunacaq24.10.2025 - 16:30
“Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzusunda elmi sessiya keçirilib24.10.2025 - 16:30
ADNSU tələbələri “Technol” şirkətində təcrübəvi dərsdə iştirak ediblər24.10.2025 - 16:25
Avropanın ən təhlükəsiz ölkələri - İnanılmaz nəticə24.10.2025 - 16:25
MİQ imtahanlarına müraciət edib qatılmayanların dövlətə vurduqları ziyanın həcmi açıqlanıb24.10.2025 - 16:20
Yupiter və Saturna bənzər iki planet kəşf edildi24.10.2025 - 16:20
BDU-da “Peerstack Academy” layihəsinə həsr olunmuş infosessiya24.10.2025 - 16:15
Kimya fənni üzrə beynəlxalq olimpiadalarda iştirak edəcək namizəd şagirdlərin seçmə imtahanının nəticələri elan olundu!24.10.2025 - 16:10
ADU və Ege Universitetinin nümayəndələri arasında görüş keçirilib24.10.2025 - 16:08
“Təkmilləşdirilməkdə olan musiqi fənn kurikulumu” mövzusunda vebinar keçiriləcək24.10.2025 - 16:05
Professor Səfyar Musayevin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib24.10.2025 - 16:00
Beynin vərdiş yaratma mexanizmi və insan davranışına təsiri24.10.2025 - 16:00
"Fonetik və fonoloji tədqiqatların müasir istiqamətləri" mövzusunda seminar keçirilib24.10.2025 - 16:00
“İnklüziv təhsilin tətbiqi: Uşaqyönümlü pedaqogika” mövzusunda vebinar keçirilib24.10.2025 - 15:55
BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”24.10.2025 - 15:50
Koreya ədəbiyyatı üzrə xülasə ədəbi icmal müsabiqəsinin qalibləri mükafatlandırılıb24.10.2025 - 15:45
BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib24.10.2025 - 15:40
Qısqanclıq – sevgininmi, yoxsa qorxunun təzahürü?24.10.2025 - 15:40