Amerikalı milyarder İlon Mask bildirib ki, "Tesla" şirkəti bir milyon ədəd humanoid "Optimus" robot ordusu yaratmağı planlaşdırır.
“Tehsil365” xəbər verir ki, bu barədə "Wired" nəşri məlumat yayıb.
Maskın sözlərinə görə, "Optimus" robotunun prototipi 2026-cı ilin fevral və ya mart ayına qədər hazır olacaq. Tammiqyaslı istehsalın isə gələn ilin sonunda başlaması nəzərdə tutulur.
Məlumata əsasən, şirkətin məqsədi gələcəkdə bir milyon robot istehsal etməkdir.

