Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə diaqnostik qiymətləndirmə ilə əlaqədar maarifləndirici görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İnzibati Təşkilat Sektorunun müdiri tərəfindən diaqnostik qiymətləndirmənin məqsədi, məzmunu və mərhələləri barədə ətraflı məlumat verilib, eləcə də rəhbərləri maraqlandıran suallar cavablandırılıb.
Bildirilib ki, test imtahanının məqsədi rəhbər vəzifələrdə çalışan şəxslərin bilik və bacarıqlarını qiymətləndirmək, həmçinin imtahan nəticəsində toplanan məlumatları ölçərək təhlil etməkdir.

