Bakıda marşrut avtobusunun altı gün əvvəl vurduğu piyada ölüb.
“Tehsil365” "Report"a istinadən xəbər verir ki, hadisə oktyabrın 18-də Xətai rayonunda qeydə alınıb.
Belə ki, Murad Bahadur oğlu Rüstəmov idarə etdiyi "İsuzu" markalı, 12 saylı marşrut avtobusu ilə hərəkətdə olan zaman piyada Elçin Qafar oğlu Baxşiyevi vurub. Nəticədə piyada oktyabrın 23-də müalicə aldığı Sabunçu Tibb Mərkəzində ölüb.

