Hindistan hökuməti təhsil sistemində keyfiyyətin artırılması məqsədilə müəllim hazırlığı proqramlarında yeni islahatlara start verib.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Təhsil Nazirliyinin yaydığı məlumata görə, bundan sonra müəllimlik ixtisası üzrə təhsil alan tələbələr üçün təcrübə saatlarının sayı 30% artırılacaq. Bununla yanaşı, müəllimlər tədris prosesində süni intellektin tətbiqi, şagirdlərin fərdi yanaşması və emosional rifahın qorunması mövzularında xüsusi təlimlər alacaqlar.
Yeni proqram “Milli Tədris Keyfiyyəti Çərçivəsi 2025” adlı layihə çərçivəsində həyata keçirilir və bütün dövlət universitetlərinə şamil ediləcək. Təhsil naziri bildirib ki, bu dəyişikliklər Hindistanda təhsil keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir.

