Braziliyada aparılan yeni psixoloji tədqiqatlar göstərir ki, yaradıcı sənətkarlar, yazıçılar və musiqiçilər özlərinə qarşı daha sərt və tənqidi yanaşırlar.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Mütəxəssislərin fikrincə, bu cür özünütənqid bəzən peşəkar inkişafı gücləndirsə də, uzunmüddətli dövrdə emosional tükənməyə və depressiyaya yol aça bilər.
San-Pauluda yerləşən Psixologiya İnstitutunun araşdırmasına əsasən, sənətçilərin 68 faizi öz işindən nadir hallarda razı qalır. Onlar bu narazılığı “daha mükəmməl əsər yaratmaq istəyi” ilə əsaslandırırlar.
Mütəxəssislər yaradıcı insanlara balans tapmağı, həm özlərini inkişaf etdirməyi, həm də istirahətə vaxt ayırmağı tövsiyə edirlər.

