Meta Platforms şirkəti 2026-cı il yanvarın 15-dən etibarən WhatsApp-da “ümumi məqsədli süni intellekt çat-botları”nın istifadəsini məhdudlaşdıracağını açıqlayıb.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Bu qərarla birlikdə 50 milyondan çox istifadəçisi olan ChatGPT artıq WhatsApp üzərindən fəaliyyət göstərə bilməyəcək.
Qərar, WhatsApp-ın “Biznes API” qaydalarında edilən dəyişikliklərlə əlaqədardır. Yeni qaydalara əsasən, yalnız rəsmi partnyor şirkətlərin təqdim etdiyi AI alətləri platformada işləyə biləcək.
OpenAI şirkəti istifadəçilərə söhbət tarixçələrini qorumaq üçün hesablarını rəsmi ChatGPT tətbiqi və ya veb versiyası ilə əlaqələndirməyi tövsiyə edib.
Beləliklə, 15 yanvardan sonra WhatsApp üzərindən ChatGPT-yə daxil olmaq mümkün olmayacaq, lakin alətin rəsmi tətbiqləri (mobil və veb) fəaliyyətini davam etdirəcək.

