AMEA Folklor İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti” mövzusunda elmi sessiya keçirilib.
“Tehsil365“ “AZƏRTAC“a istinadla xəbər ki,Tədbiri açan Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 21 fevral tarixli Sərəncamını xatırladaraq bildirib ki, dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən Bəxtiyar Vahabzadənin 100 illiyi ölkə miqyasında qeyd olunur.
“Şairin yaradıcılığı təkcə poetik hadisə deyil, həm də milli düşüncənin, azadlıq ideyasının və mənəvi bütövlüyün bədii ifadəsidir”, – deyən Hikmət Quliyev Bəxtiyar Vahabzadə yaradıcılığının ictimai missiya və miqyasına diqqət çəkib

