2 noyabr 2025-ci il tarixində keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının II mərhələsində (qanunvericilik üzrә) iştirak edəcək namizədlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, buraxılış vərəqəsini çap etmək üçün https://exidmet.dim.gov.az/elimt/ImtBuraxilish/Login daxil olmaq lazımdır.
Qeyd edilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

