24 oktyabr 2025-ci il tarixində təlimçi Anar Həsənov tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün “Təlimçilər üçün təlim” mövzusunda təlim təşkil olunub.
“Tehsil365” bunu DİM-in məlumatına əsasən xəbər verir.
Bildirilib ki, təlim zamanı iştirakçılar təlim funksiyasının strateji rolu, peşəkar təlimçinin şəxsi keyfiyyətləri, təlimçinin profili, təlim metodları və növləri, təlimə hazırlıq prosesi, təqdimat bacarıqları, auditoriya ilə işin əsas xüsusiyyətləri, qrupların yaradılması və qrup oyunları, təqdimat zamanı bədən dili, ilk təəssüratın yaradılması, praktik təqdimat işləri, elektron təqdimatların hazırlanması və s. mövzularda nəzəri və praktiki biliklərə yiyələniblər.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.

