Təhsil 365 - Logo Mobile

Teymur Rəcəbov: Avropa çempionatında gümüş medal milli komandamız üçün mütləq uğurdur

10225.10.2025 - 10:35
Teymur Rəcəbov: Avropa çempionatında gümüş medal milli komandamız üçün mütləq uğurdur

“Avropa çempionatında Azərbaycan reytinqə görə turnirin dördüncü komandası idi. Çempionat ərzində qızıl medal uğrunda mübarizə apardıq və sonda gümüş mükafat qazandıq. Məncə, nəticə milli komandamız üçün mütləq uğurdur”.

Tehsil365“ xəbər verir ki, bu sözləri kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı, Dünya Kubokunun qalibi Teymur Rəcəbov federasiyanın rəsmi saytına müsahibəsində deyib.

Tanınmış şahmatçı Azərbaycan komandasının Avropa çempionatında qızıl medal qazana bilməməsinin səbəbini açıqlayıb: "Son tur ərəfəsində Azərbaycan və Ukrayna komandalarının hər biri 13 xal toplamışdı. Vəziyyətə nikbin baxırdıq və Serbiya ilə görüşdə qələbə qazanmağı hədəfləyirdik. Əgər Ukrayna komandası qalib gəlsəydi, tay-breklərə əsasən, birinci yeri tutmaq üçün böyükhesablı qələbəyə ehtiyacımız olacaqdı. Şahmatçılar döyüşkən əhvali-ruhiyyədə idilər və qızıl medal uğrunda mübarizə aparmaq üçün digər matçlara nisbətən daha çox riskə getdilər. Matçın əvvəlində vəziyyət kifayət qədər bərabər görünürdü, müəyyən oyunlarda bəzi açılış problemləri var idi və digər lövhələrdə də təzyiq görünürdü. Ukrayna komandası oyununu inamla oynadı və qalib gəldi, ona görə də son turda az fərqlə qələbə qazansaq belə, gümüş medal qazanacaqdıq. Hamı sona qədər mübarizə apardı və düşünürəm ki, son turda bəxt bizim tərəfimizdə olmadı".

Kapitan kimi ilk mükafatını qazanan Teymur Rəcəbov bununla bağlı təəssüratlarını bölüşüb: "Düşünürəm ki, milli komandanın üzvlərinə kapitan kimi dəstəyim bu çempionatda tamamilə özünü doğrultdu. Ən yüksək səviyyədə yarışmağa çalışdıq, mehriban komanda olaraq düzgün mühit yaratmağa nail olduq. Şahmatçıların çoxunu illərdir tanıyıram və buna görə də milli komandamızın maraqları naminə birlikdə çalışmaq çox xoş oldu".

O, yığmanın üzvləri Aydın Süleymanlı və Məhəmməd Muradlının çıxış barədə də danışıb: "Həm Aydın Süleymanlı, həm də Məhəmməd Muradlı güclü şahmatçılardır, döyüşkəndirlər və özlərini sübut etməyə can atırlar. Nə qədər çətin olsa da, hər matçda oynamağa hazır olduqlarını göstərdilər. Onlarla ünsiyyət qurmaq asandır. Hər ikisi məşqləri davam etdirməlidir. Gərgin hazırlıqları davam etdirməklə, çox işləyərək reytinqlərini 2700-ə çatdırmaq şansları var. Amma bu gərgin hazırlıq sabah və ya o biri gün deyil, bu gündən başlamalıdır. Mən onlara inanıram və çıxışlarını çox yaxından izləyirəm. Bu iki şahmatçının böyük gələcəyi var və onların qətiyyəti gələcəkdə milli komandanın nəticələrinə birbaşa təsir edəcək".

T. Rəcəbovun sözlərinə görə, istər şahmatçı, istərsə də kapitan kimi əsas məqsədi hər zaman qalib gəlməkdir: "Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə Dünya Kubokları, şahmat olimpiadaları, dünya çempionatları və digər əhəmiyyətli yarışlar keçirilib. Azərbaycan fərdi və komanda yarışlarında saysız-hesabsız qələbələr qazanıb. Şahmatçı və ya kapitan kimi əsas məqsəd qalib gəlməkdir. Əlbəttə ki, kapitanın daha çox məsuliyyəti var".

O, sonda şahmat həvəskarlarına, milli komandanın azarkeşlərinə dəstəyə görə təşəkkür edib: "Həmçinin çox sayda mesaja cavab verə bilmədiyim üçün üzr istəyirəm. Hamısını oxumağa çalışıram. Azarkeşlərin dəstəyinə görə çox minnətdarıq. Şahmat oynayın və bu inanılmaz oyunu sevin".

Leyla Ağakişiyeva

Xəbər Lenti

Gəncədə keçiriləcək cüdo üzrə Avropa Kuboku üçün 7 ölkə iştirakını təsdiqləyib10.03.2026 - 14:15
Dağlar qoynunda Yel çərşənbəsi: Şəkidəki Alban məbədində çərşənbə tonqalı qalandı 10.03.2026 - 14:05
Qonağınız müəllimlərinizdir” layihəsi davam edir10.03.2026 - 13:55
Türkiyə eksperti enerji böhranı fonunda “Akkuyu” AES-in əhəmiyyəti barədə10.03.2026 - 13:45
Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı10.03.2026 - 13:35
Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib10.03.2026 - 13:25
Yeni texnologiyalar və islahatlar enerji sahəsində kadr hazırlığını önə çıxarır10.03.2026 - 13:15
Heqset: ABŞ İran üzərində tam və qəti qələbəyə qədər geri çəkilməyəcək10.03.2026 - 13:05
Bəhreyn 100-dən çox İran raketinin məhv edildiyini bildirib10.03.2026 - 12:55
Beynəlxalq Muğam Mərkəzində bahar təravətli musiqi gecəsi10.03.2026 - 12:45
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahana qeydiyyat başlanıb10.03.2026 - 12:35
“Proqramlaşdırma texnologiyaları” adlı dərs vəsaiti hazırlanıb10.03.2026 - 10:10
"Valideyn dəstəyi şagirdlərin motivasiyasını artırır" - Validə Quliyeva 10.03.2026 - 09:54
Nevroloq: “Uşaqlarda diqqət və yaddaş problemlərinə vaxtında diqqət yetirmək vacibdir”10.03.2026 - 09:44
Qaçmağın sağlamlığa faydaları – mütəxəssislər nə deyir? 10.03.2026 - 09:39
Sumqayıt məktəblisi turnurin qalibi oldu10.03.2026 - 09:30
Sağlam yuxu üçün 7 qızıl qayda10.03.2026 - 09:25
D Vitamini - Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar10.03.2026 - 09:15
İnfarkt və insult riskini artıran məhsullar açıqlanıb10.03.2026 - 09:07
Psixi sağlamlığınızı qorumağın 4 qızıl qaydası10.03.2026 - 09:00
Qəhvənin ziyanı...10.03.2026 - 08:54
ABŞ universitetində qalmaqal: rektor istefa verdi10.03.2026 - 08:47
Süni intellekt inteqrasiyası: İnsansız iş dünyası mümkün deyil10.03.2026 - 08:40
Ürəyin 1 nömrəli dərmanı bu meyvədir10.03.2026 - 08:34
Darçın və sarıkökün təhlükəsi barədə xəbərdarlıq 10.03.2026 - 08:25
"Google Translate"də yeni funksiya tətbiq ediləcək10.03.2026 - 08:16
Qrip və ya COVID-dən sonra zəiflik niyə keçmir? - təhlükə əlamətləri10.03.2026 - 08:08
Bu meyvələr qorxunc xəstəliklərə səbəb olur10.03.2026 - 08:00
Beyni gəncləşdirən vasitələr10.03.2026 - 07:51
Bitkilərin enerji sistemi ilə bağlı yeni kəşf10.03.2026 - 07:42
DİM tərəfindən imtahan keçirilib10.03.2026 - 07:35
Buraxılış imtahanının doğru cavabları açıqlandı10.03.2026 - 07:27
Şagirdlərdən Milli Teatr Günü ilə bağlı səhnəcik10.03.2026 - 07:20
Günün havası...10.03.2026 - 07:12
Bu gün Yel çərşənbəsidir10.03.2026 - 07:06
Nəsibə Zeynalova: Azərbaycan Teatr və Kino Sənətinin Parlaq Ulduzu10.03.2026 - 07:00
Nadir Qasımov: Azərbaycan Rəssamlığının Parlaq Ulduzu10.03.2026 - 06:36
İmam Mustafayev: Azərbaycan İctimai-Siyasi Həyatının və Elminin Görkəmli Xadimi10.03.2026 - 06:18
Çimnaz Aslanova: Azərbaycan Dövlətçiliyi və İctimai Həyatının Görkəmli Xadimi10.03.2026 - 06:00
Mehdi Hüseynov: Azərbaycan Ədəbiyyatının Görkəmli Yazıçısı və Tənqidçisi10.03.2026 - 05:42
Novruzəli Məmmədov: Azərbaycan Filologiyasının Görkəmli Alimi və Pedaqoqu10.03.2026 - 05:18
Mirzə Fətəli Axundov: Azərbaycan Dramaturgiyası və Maarifçiliyinin Banisi10.03.2026 - 05:06
Rzayev Rail Qurban oğlu: Azərbaycanın Hərbi Sənayesində Parlaq Komandan10.03.2026 - 04:54
Canəli Əkbərov: Azərbaycan Musiqisinin Unudulmaz Səsi10.03.2026 - 04:36
Qəmər Almaszadə: Azərbaycanın İlk Balerinası və Balet Sənətinin Parlaq Siması10.03.2026 - 04:18
Mustafa Mərdanov: Azərbaycan Teatr və Kino Sənətinin İşıqlı Ulduzu10.03.2026 - 04:00
Bu gün Yel çərşənbəsidir09.03.2026 - 20:01
İmtahana nəticələri bu tarixdə açıqlanacaq09.03.2026 - 10:45