Təhsil 365 - Logo Mobile

“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Kamran Vəlizadəyə həsr olunacaq - VİDEO

17525.10.2025 - 13:55
“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Kamran Vəlizadəyə həsr olunacaq - VİDEO

“Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Kamran Vəlizadəyə həsr olunacaq

"Tehsil365" İnformasiya Agentliyinin layihəsi olan “Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Vəlizadə Kamran Əkpər oğluna həsr olunacaq. Verilişin aparıcısı Rəşidə Nəbizadədir. Buraxılış noyabrın 3-də efirə gedəcək.

"Tehsil365" xəbər verir ki, Kamran Vəlizadə 14 sentyabr 1996-cı ildə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində dünyaya gəlib. 2014-cü ildə Nərimanabad kənd Elman Məmmədov adına tam orta məktəbi bitirərək həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub. 2018-ci ildə İstilik energetikası mühəndisliyi ixtisası üzrə təhsilini başa vurub.

2018–2019-cu illərdə Milli Orduda həqiqi hərbi xidmət keçib. 2020-ci ilin sentyabrında ixtisası üzrə “AzərEnerji” ASC-yə işə qəbul olunsa da, 28 sentyabr 2020-ci ildə səfərbərliklə yenidən hərbi xidmətə çağırılıb. O, Füzuli və Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə böyük igidlik göstərib. 23 oktyabr 2020-ci ildə Qubadlı döyüşlərində şəhid olub və 11 noyabrda doğulduğu Nərimanabad qəsəbəsində torpağa tapşırılıb. Subay idi.

Kamran Vəlizadə vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümündən sonra

“Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin xatirəsinə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində küçə salınıb. Həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onun adını daşıyan auditoriya otağı, Bakı şəhəri 167 nömrəli məktəbdə isə xatirə sinfi fəaliyyət göstərir.

Bundan əlavə, Balıqçılar kənd tam orta məktəbinə şəhidin adının verilməsi ilə bağlı təklif irəli sürülüb və təsdiq mərhələsindədir.

Leyla Ağakişiyeva

Xəbər Lenti

Zeytun Festivalı başlayıb23.10.2026 - 17:19
Dövlət qulluqçuları üçün təlimlər keçirilib23.10.2026 - 17:16
Nazir müavini Səmərqənddə keçirilən Qlobal Sammitində iştirak edib23.10.2026 - 17:14
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb23.10.2026 - 17:12
Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim23.10.2026 - 17:09
UFAZ məzununun elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub23.10.2026 - 17:07
“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib23.10.2026 - 17:01
“Kadrların seçilməsi” mövzusunda təlim təşkil olunub23.10.2026 - 17:00
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllim23.10.2026 - 16:54
NDU ilə Şanxay Mühəndislik Elmləri Universiteti arasında ikili diplom və digər əməkdaşlıq imkanları müzakirə olunub23.10.2026 - 16:35
Azərbaycanda doktorantların sayı açıqlanıb23.10.2026 - 16:18
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllimin SİYAHISI23.10.2026 - 11:26
Müəllimin əlavə işinin maaşa təsiri aydın olmalıdır - AÇIQLAMA23.10.2026 - 11:18
Məzunların 3,2 faizi ixtisası sırf öz marağına görə seçib - DİM sədri23.10.2026 - 11:16
Bahar Muradova dövlət qurumlarını tələbə qızlara dəstək olmağa çağırıb23.10.2026 - 11:14
Emin Əmrullayev: 20 ildən sonra rəhbər vəzifələrdə qadınların sayı daha çox olacaq23.10.2026 - 11:11
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir23.10.2026 - 11:09
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub23.10.2026 - 11:07
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib23.10.2026 - 11:03
SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur23.10.2026 - 10:09
Teatr yazı müsabiqəsinin qalibləri müəyyən olunub23.10.2026 - 10:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində Venesuelanın milli rəqsi təqdim olunub23.10.2026 - 10:03
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləş-mob təşkil olunub23.10.2026 - 09:58
LDU-da təhsil tələbə kreditlərinə dair maarifləndirici sessiya keçirilib23.10.2026 - 09:53
Şəkidə intellektual bilik yarışı keçirilib23.10.2026 - 09:52
ADNSU nümayəndələri Ala-Too Universitetinin rəhbərliyi ilə görüşüblər23.10.2026 - 09:50
"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur23.10.2026 - 09:48
Təhsilə 5,1 milyard manat ayrılır - Məktəbəqədər, ümumi və ali təhsilin payı23.10.2026 - 09:46
Azərbaycanda yuxarı sinif şagirdlərinin sayı artıb23.10.2026 - 09:45
Bu ölkədə yeniyetmələrə sosial şəbəkələrdən istifadə qadağan edilib23.10.2026 - 09:43
Deputat: "Müəllimin hər şagirdə ayırmağa cəmi 30 saniyə vaxtı qalır"23.10.2026 - 09:42
Peşə təhsilində beynəlxalq standartlar: 45 ölkədən birgə təşəbbüs23.10.2026 - 09:40
"20 Sentyabr" metrostansiyası gələn il istismara veriləcək23.10.2026 - 09:38
Sabah bəzi yerlərdə yağış yağacaq23.10.2026 - 09:36
Samanyolu qalaktikasında sirli radio mənbəyi aşkarlanıb23.10.2026 - 09:34
Azərbaycan dili və ədəbiyyat dərslikləri - Dizayn yaxşılaşıb, çatışmazlıqlar qalır23.10.2026 - 09:33
DİM General Test imtahanı keçirib23.10.2026 - 09:31
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib 23.10.2026 - 09:29
İnşaat Kolleci ilə Çin kollecindən Anlaşma Memorandum imzalanıb23.10.2026 - 09:23
Nazir müavini Səmərqənddə keçirilən Qlobal Sammitində iştirak edib23.10.2026 - 09:22
Kimya İnstitutunun doktorantlarının elmmetrik göstəriciləri müzakirə olunub23.10.2026 - 08:15
Ordubadda güclü yağış fəsadlar törədib23.10.2026 - 08:01
"Həzi Aslanov” metrostansiyasının dalan yolları yaxın günlərdə istismara veriləcək23.10.2026 - 07:57
Armudun insan orqanizminə zərərləri - Çoxlarının bilmədiyi məqamlar23.10.2026 - 07:55
Pərvanə Rüstəmova: “Xərçəng diaqnozu ümidsizlik demək deyil” 22.10.2026 - 19:37
NDU-da birinci kurslar voleybolda yarışır22.10.2026 - 19:10
ADNSU tələbələri istehsalat prosesi ilə yaxından tanış olublar22.10.2026 - 19:03
ADNSU Madriddə konfransda təmsil olunub22.10.2026 - 18:58