Gənclik dövründə dostluq yalnız əyləncə deyil, həm də psixoloji dayaqdır. Gənc özünü ən çox dostlarının yanında sərbəst hiss edir. Bu səbəbdən dostluq münasibətləri çox güclü emosional təsirə malik olur. Əsl dostluq — dinləmək, başa düşmək və dəstək olmaq bacarığıdır.
“Tehsil365” araşdırıb ki, psixoloqlar bildirirlər ki, sağlam dost mühiti olan gənclər stressə daha az meylli olurlar. Amma toksik dostluqlar — yəni tənqid, müqayisə və mənfi enerji dolu münasibətlər gəncin özünəinamını sarsıda bilər. Bu dövrdə gəncin öyrənməli olduğu ən vacib dərs budur: hər kəs dost olmağa layiq deyil, amma düzgün insanlar insanı dəyişdirə bilər.

