Münxendə Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi ilə bağlı referendum keçirilir.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, şəhərdə 1,1 milyon seçici Münxen şəhərinin 2036-cı, 2040-cı və ya 2044-cü ildə keçiriləcək Olimpiya və Paralimpiya Yay oyunlarına ev sahibliyi üçün müraciət etməsinə razı olub-olmamasına səs verir.
Şəhər rəhbərliyi “München Olympija” adlı kampaniya ilə Olimpiya Oyunlarının keçirilməsinin iqtisadi və sosial üstünlüklər qazandıracağını vurğulayır. Onların fikrincə, layihə dövlət dəstəyi ilə şəhər nəqliyyatının genişləndirilməsinə, təxminən 4 min yeni mənzilin tikilməsinə və 1972-ci il Olimpiya obyektlərinin bərpasına şərait yaradacaq.

