Oktyabrın 26-da “Jolly Joker” məkanında “ХХ Baku Jazz Festival” çərçivəsində süni intellekt (AI) və caza həsr olunmuş müzakirə paneli keçirilib.
“Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, tədbirdə “Jazz on the Dnipro” festivalının bədii rəhbəri Anna Ruskeviç, “All About Jazz” jurnalının baş redaktoru İen Patterson, Azərbaycan mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov və caz musiqiçisi, rəqəmsal məzmun və AI üzrə ekspert Hikmət Babazadə iştirak ediblər.
Müzakirə zamanı süni intellektin və müasir texnologiyaların cazın gələcəyinə təsiri müzakirə olunub.
Cahangir Səlimxanov Azərbaycanda süni intellektin inkişafı ilə hazırkı vəziyyətdən bəhs edib.
“Süni intellekt geniş mövzudur. Ölkəmizdə dövlət səviyyəsində buna diqqətlə yanaşılır. Hətta xarici ölkələrlə münasibətlərdə bəzi prioritetlər arasında süni intellekt mövzusu da yer almağa başlayır. Mədəniyyət Nazirliyinə gəldikdə isə, süni intellekt və onun incəsənətdə tətbiqi ilə bağlı təlim proqramımız var. Bu, Mədəniyyət Nazirliyinin təlim, startap inkişafı və gənclərin yaradıcı peşələrdə potensiallarını yoxlamaları üçün yaratdığı platformadır. Hazırda süni intellekt dərslikləri ola bilməz, çünki bu sahədə hər şey sözün əsl mənasında hər həftə dəyişir. Ən son nümunələri hətta günlərlə və ya saatlarla saymaq olar. Burada daim zamanla ayaqlaşmaq lazımdır.

