"Sabah"ın U-12 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Antalya Friendship Cup" turnirinin qalibi olub.
“Tehsil365” “Report”un məlumatına əsasın xəbər verir ki, qrup mərhələsini birinci pillədə başa vuran Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda, yarımfinalda Litvanın "Margiris", finalda isə Rusiyanın "Yunayted Yekaterinburq" komandasını məğlub edib.

