Təhsil 365 - Logo Mobile

Media nümayəndələri üçün “Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb

8427.10.2025 - 16:30
Media nümayəndələri üçün “Süni intellektin mediada tətbiqi” mövzusunda seminarlara başlanılıb

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Süni intellektin mediada tətbiqi” mövzusunda iki gün davam edəcək seminarlara başlanılıb.

Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, seminarın açılış hissəsində çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva çıxışında bildirib ki, süni intellekt texnologiyaları artıq medianın gələcək inkişaf trayektoriyasını formalaşdıran əsas amillərdən birinə çevrilərək xəbər istehsalı və informasiya axınının idarə olunmasında yeni yanaşmalar tələb edir. Bu səbəbdən ADA Universiteti son illər süni intellekt və rəqəmsal bacarıqlar üzrə müxtəlif təlim və ixtisasartırma proqramları həyata keçirir, elmi araşdırmalar, beynəlxalq əməkdaşlıqlar qurur.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında vurğulayıb ki, süni intellektin sürətli inkişafı media sahəsində yeni imkanlar yaratmaqla yanaşı, bu sahənin nümayəndələrinin peşəkar məsuliyyətinin artmasını zəruri edir. O vurğulayıb ki, müasir dövrdə jurnalistlər informasiyanın toplanması, emalı və yayımında innovativ alətlərdən effektiv istifadəni bacarmalı, süni intellekt texnologiyalarının tətbiqi zamanı etik prinsiplərə və doğruluq meyarlarına xüsusi diqqət yetirməlidirlər.

Təlimçi qismində çıxış edən Rəqəmsal marketinq və kütləvi kommunikasiyalar sahəsi üzrə dosent, Neyroelmlər Laboratoriyasının rəhbəri, tanınmış alim Dr. Nikolas Hamelin “Giriş və mediada süni intellekt inqilabı”, “Məlumatların skreypinqi: İctimai məlumatlandırmada data analitikası”, “Süni intellekt ilə idarə olunan brend və məhsul təqdimatı”, “Big Data” və generativ süni intellekt vasitəsilə cəlbedici media məzmununun yaradılması”, “Strateji inteqrasiya və gələcəyə baxış” adlı modullar ətrafında iştirakçılarla fikir mübadiləsi aparıb. Müzakirələr zamanı vurğulanıb ki, süni intellektin mediada tətbiqi informasiya istehsalında operativliyi artırmaqla yanaşı, etik yanaşma və məsuliyyətli informasiya siyasətini ön plana çıxarır.

Alsu İsmayılova

Xəbər Lenti

Bilal Türkmen: Rəqəmsal bankçılığın inkişafı üçün sığorta infrastrukturu qurulmalıdır29.10.2025 - 11:14
Pekin Xarici Dillər Universitetinin nümayəndə heyəti Azərbaycana səfər edəcək29.10.2025 - 11:00
"Tehsil365" də məktəblə bağlı yeni layihə 29.10.2025 - 10:55
Aysel Səfərova “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində beynəlxalq sertifikatlar qazanıb29.10.2025 - 10:40
Məktəblilərarası Milli Hakatonun açıq mərhələsi - “Code Hour Challenge” davam edir29.10.2025 - 10:30
Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi29.10.2025 - 10:15
BDU və Beynəlxalq Türk Akademiyası arasında anlaşma memorandumu imzalanıb29.10.2025 - 10:00
Vaşinqton məktəblərində yeni tədris proqramları29.10.2025 - 09:54
FHN “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirib29.10.2025 - 09:50
"Media könüllüsü" layihəsinin genişləndirilməsi nəzərdə tutulub29.10.2025 - 09:40
Lənkəranda kino günləri keçiriləcək29.10.2025 - 09:30
Azərbaycan və Çin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib29.10.2025 - 09:20
Şəki-Zaqatala Regional Təhsil İdarəsində tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə start verilib29.10.2025 - 09:10
Ankarada akademik Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş beynəlxalq simpozium keçirilib - FOTOLAR29.10.2025 - 09:01
Sabah yağış yağacaq29.10.2025 - 08:45
Kolleclərin rəhbər heyətinə yeni təyinatlar edilib29.10.2025 - 08:40
Londonda məktəblər yeni proqramlara keçir29.10.2025 - 08:38
Tərbiyəçi-müəllim vəzifəsinə müsahibə mərhələsinə start verilir29.10.2025 - 08:35
Böhran bölgələrində uşaqlar təhsildən kənarda qalır29.10.2025 - 08:24
Peşə təmayüllü siniflərdə 9 min şagird iştirak edir29.10.2025 - 08:23
Məktəb təşəbbüsü:valideyn növbətçiliyi29.10.2025 - 08:20
UNESCO qlobal media və informasiya savadlılığı ilə bağlı boşluqları açıqladı29.10.2025 - 08:10
Pərviz Rzalı: “Gecə Ovçusu” oxuculardan film kimi qəbul edildi – müəllifdən maraqlı detallar29.10.2025 - 08:00
“Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimi keçirilib - FOTOLAR29.10.2025 - 07:55
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı münasibətilə təbrik ünvanlayıb - FOTO29.10.2025 - 07:47
Bakıda Qlobal Gənclər Günü keçiriləcək29.10.2025 - 07:39
“ZəfərFest-5” yaradıcılıq festivalı keçiriləcək29.10.2025 - 07:32
Elçin Qaliboğlu: Folklor düşüncəmizin mayası təbiətdən gəlir29.10.2025 - 07:25
Gənc Yazıçı Pərviz Rzalının İlk Hekayəsi – "Fırtınada Səyahət"29.10.2025 - 07:16
AzTU-da Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı ilə görüş keçirilib - FOTOLAR29.10.2025 - 07:14
Akademik Kamal Abdulla və Azərbaycan nümayəndə heyəti Ankarada “Azərbaycan Dilinin Tədris Ocağı”nı ziyarət edib - FOTOLAR29.10.2025 - 07:03
Naxçıvan Dövlət Universitetində doktorantlarla görüş keçirilib - FOTO29.10.2025 - 06:51
Yazıçı Pərviz Rzalı “Gecə Ovçusu” Əsərinin İlhamı və Personajları Haqqında Geniş Məlumat Verib29.10.2025 - 06:50
Bakıda "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfrans keçiriləcək29.10.2025 - 06:45
Məktəb təşəbbüsü: valideyn növbətçiliyi29.10.2025 - 06:40
Marsda mümkün su hövzələrinin harada ola biləcəyi aşkar edildi29.10.2025 - 06:28
Gənc Yazıçı Pərviz Rzalı: Yazıçılığa Həvəskar olaraq 2021-ci ildə Başlayıb və Detektiv Janrında Uğurlar Qazanır29.10.2025 - 06:24
Hüceyrələr qoxunu hiss edir?29.10.2025 - 06:15
Gənc Yazıçı Pərviz Rzalı "Gecə Ovçusu" ilə Oxucuların Qəlbini Fəth Edir 29.10.2025 - 06:07
Kosmik zibil hər an Yer kürəsinin istənilən nöqtəsinə düşə bilər29.10.2025 - 06:05
Bu gün hava necə olacaq? PROQNOZ29.10.2025 - 05:59
BDU-da akademik Rafael Hüseynovun ustad dərsi keçirilib29.10.2025 - 05:47
UNEC-də elmin rəqəmsallaşdırılmasında yeni MƏRHƏLƏ29.10.2025 - 05:46
Marsda mümkün su hövzələrinin harada ola biləcəyi aşkar edildi29.10.2025 - 05:39
Odlar Yurdu Universitetinin "Brend tələbə"ləri mükafatlandırılıb29.10.2025 - 05:28
Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək29.10.2025 - 05:27
“BIAF-2025” festivalı zəngin proqram və janr rəngarəngliyi vəd edir29.10.2025 - 05:16
Şeyxülislam Allahşükür Paşazadə Romada Əl-Əzhər şeyxi ilə görüşüb - FOTO29.10.2025 - 05:15