Təhsil 365 - Logo Mobile

“Gənc Dünya”nın izləri tapıldı

10528.10.2025 - 05:30
“Gənc Dünya”nın izləri tapıldı

Massachusetts Texnologiya İnstitutunun (MIT) alimləri təxminən 4,5 milyard il əvvəl yaranmış proto-Dünyanın — Yer kürəsinin ilkin versiyasının — izlərini müəyyən ediblər. Bu kəşf planetimizin yaranma tarixi ilə bağlı ən qədim sirləri aydınlaşdırmağa bir addım da yaxınlaşdırıb.

“Tehsil365” xəbər verir ki, yeni tədqiqat “Nature Geosciences” jurnalında dərc olunub və həm gənc Yer kürəsini, həm də Günəş sisteminin formalaşmasına təsir edən ilkin “tikinti blokları” barədə yeni elmi dəlillər təqdim edir.

MIT və bir sıra beynəlxalq tədqiqat mərkəzlərinin alimlərindən ibarət qrup Yer səthinin ən qədim süxurlarında kalium izotoplarında qeyri-adi bir balanssızlıq aşkarlayıb. Bu fərq Yer üzərindəki digər materiallarla uyğun gəlmir və çox qədim geoloji qatlarda tapılıb.

Tədqiqatçılar bu kimyəvi fərqin sonrakı geoloji proseslər və ya toqquşmalarla izah edilə bilmədiyini bildiriblər. Alimlərin fikrincə, bu süxurlar proto-Dünya dövründən dəyişmədən qalan materialları qoruyub saxlaya bilər.

Tədqiqat zamanı alimlər Qrenlandiya və Kanadadan götürülən qədim süxur nümunələrini, eləcə də, Havay adalarındakı vulkanik lava qalıqlarını analiz ediblər. Nəticədə əksər Yer materiallarından fərqli olaraq, K-40 izotopunun azlığı müşahidə olunub.

MIT-nin Geologiya və Planet Elmləri üzrə dosenti Nikoul Nay bu tapıntını belə izah edib:

“Bu, sarı qum dolu bir qabda bircə qəhvəyi qum dənəsini tapmaq kimidir. Nümunələr fərqli şəraitdə formalaşıb və çox güman ki, proto-Dünya dövrünün qalıqlarıdır”.

Alimlər bu izotop çatışmazlığının planetin yaranması zamanı baş verən nəhəng toqquşmalarla necə əlaqəli ola biləcəyini öyrənmək üçün simulyasiyalar aparıblar. Nəticələr göstərib ki, zaman keçdikcə az K-40 tərkibli ilkin materiallar digər maddələrlə qarışaraq müasir süxurların tərkibinə daxil olub.

Bu da onu göstərir ki, K-40 çatışmazlığı olan nümunələr proto-Dünyadan qalan orijinal materialları təmsil edə bilər. Lakin tapılan izotopik izlər məlum meteoritlərlə tam uyğun gəlmir. Bu da proto-Dünyanı formalaşdıran meteoritlərin hələ tapılmadığı ehtimalını artırır.

“Müxtəlif meteorit qruplarından əldə olunan məlumatları birləşdirərək, Yer kürəsinin kimyəvi mənşəyini anlamağa çalışırıq. Lakin bu tədqiqat göstərir ki, hələ bütün meteorit növləri aşkar edilməyib və planetimizin haradan gəldiyini öyrənmək üçün qarşımızda çox iş var”, - dosent Nay qeyd edib.

İnci Mehdizadə

Xəbər Lenti

Alimlər beyin inkişafını izləyən atlas təqdim etdilər07.11.2025 - 06:00
Bu günün hava PROQNOZU07.11.2025 - 05:14
Zəfər Gününə həsr olunan Hacadağ zirvə yürüşü keçirilib06.11.2025 - 19:58
“Əzəli, əbədi Azərbaycanam!” kitabının təqdimatı keçirilib06.11.2025 - 19:49
Riqada "Xarıbülbül əfsanəsi" sənədli filmi nümayiş etdirilib06.11.2025 - 19:40
“Üzeyir Hacıbəyli və Azərbaycan xalq musiqisinin bədii ənənələri” mövzusunda dəyirmi masa keçirilib06.11.2025 - 19:32
Madriddə Zəfər Gününə həsr olunmuş qəbul keçirilib06.11.2025 - 19:19
“Vətən çağıranda” filminin təqdimat mərasimi keçirilib06.11.2025 - 19:10
Paytaxt məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilir06.11.2025 - 18:57
Tbilisidə 8 Noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib06.11.2025 - 18:44
Ədəbiyyat Muzeyində “Zəfərli Azərbaycan” adlı ədəbi-musiqili tədbir keçirilib06.11.2025 - 18:31
Xorvatiyada 8 Noyabr- Zəfər Günü qeyd olunub06.11.2025 - 18:18
Kubada Zəfər Günü münasibətilə konsert təşkil olunub06.11.2025 - 18:05
Azərbaycanlı jurnalistlər Ürgəncdə 10 milyon dollarlıq kampusu ziyarət ediblər06.11.2025 - 18:05
Azərbaycanlı jurnalistlər Ürgəncdə Damar süd zavodunda olublar06.11.2025 - 18:00
Qazi Universitetində Zəfər Günü münasibətilə panel iclas keçirilib06.11.2025 - 17:52
BDU-da ‘’Qaliblərin zəfər dastanı’’ adlı tədbir keçirilib06.11.2025 - 17:41
Sosial-İqtisadi Kollecdə Zəfər Gününün beşinci ildönümü qeyd edilib06.11.2025 - 17:40
“Zəfərimiz əbədidir” adlı tədbir keçirilib06.11.2025 - 17:30
BMU-da Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyi qeyd olunub06.11.2025 - 17:26
ADU-da Zəfər Gününün 5 illiyi qeyd olunub06.11.2025 - 17:15
Serbiyada Azərbaycanın Zəfər Günü təntənəli şəkildə qeyd edilib06.11.2025 - 17:12
ADU ilə ARI Beynəlxalq Təhsil Mərkəzi arasında əməkdaşlıq əlaqələri genişlənir06.11.2025 - 17:00
AHİK-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib06.11.2025 - 16:56
Professor İrfan Ərdoğan Pedaqoji Universitetdə ustad dərsi keçib06.11.2025 - 16:48
“Qalibiyyətin təntənəsi” adlı dəyirmi masa keçirilib06.11.2025 - 16:45
ADPU-da “Qalib Xalqın Dastanı” adlı ədəbi-bədii tədbir keçirilib06.11.2025 - 16:36
ADU-da “Qalibiyyət günümüz” adlı tədbir keçirilib06.11.2025 - 16:30
İnzibati rəhbər və icraçı vəzifələrə qəbul üzrə müsabiqənin test imtahanı keçirilir06.11.2025 - 16:24
"Bir kəmər, bir yol" filmi nümayiş olunub06.11.2025 - 16:15
İmişli, Beyləqan və Füzuli rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib06.11.2025 - 16:12
BDU “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirilib06.11.2025 - 16:00
Lu Mey: "Çin elmi-texniki nailiyyətlərini Azərbaycanla bölüşməyə hazırdır"06.11.2025 - 16:00
“BİR GÜNLÜK XƏLİFƏ” Tələbə Özünüidarəetmə Günü keçiriləcək06.11.2025 - 15:46
ADU müəllimi “Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı”nda iştirak edib06.11.2025 - 15:31
Çində reaktiv bel çantası uğurla sınaqdan keçirilib06.11.2025 - 15:15
“Zəfərdən Gələcəyə: Uşaqları Qorumaq, Dəyərləri Yaşatmaq” mövzusunda dəyirmi masa keçirilib06.11.2025 - 15:15
Əgər bütün qapılar üzünə bağlanırsa, öz qapını yarat06.11.2025 - 15:00
Firudin Qurbanov konfransda iştirak etdi 06.11.2025 - 15:00
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL06.11.2025 - 14:45
"44”ün çəkilişləri başa çatdı06.11.2025 - 14:45
Təranə Səmədovanın cəzası azaldıldı06.11.2025 - 14:30
Azərbaycanlı jurnalistlər Xarəzmdə regionun ən məşhur tarixi turizm məkanını ziyarət ediblər06.11.2025 - 14:15
Gəncə Dövlət Universitetində seminar keçirilib06.11.2025 - 14:09
Özbəkistanda səfərdə olan Azərbaycan jurnalistləri Xarəzm vilayətinə gediblər06.11.2025 - 14:00
Əməkdar artist Vahid Əliyev vəfat etdi06.11.2025 - 13:59
Bərdə rayonunun Alpoud kənd tam orta məktəbində müasir təhsil mühiti yaradılıb06.11.2025 - 13:48
Azərbaycan xalqı bu il 44 günlük Vətən müharibəsinin beşinci ildönümünü qürurla yad edir06.11.2025 - 13:36