28 oktyabr – Ümumdünya Cüdo Günü ilə bağlı Azərbaycan Cüdo Federasiyası paytaxtın əsas küçə və prospektləri boyunca xüsusi brendinq olunmuş avtobusla “Şəhər turu” həyata keçirib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, turda yer alan kiçik cüdoçular şəhərin müxtəlif məkanlarında sakinlərlə görüşüb, onları Cüdo Günü münasibətilə təbrik edib, xatirə fotoları çəkdiriblər.
Layihə cüdonun dəyərlərini - hörmət, cəsarət və dostluğu - daha geniş auditoriyaya çatdırmaqla ölkədə bu idman növünün populyarlığının artırılmasına xidmət edib.

