Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimi keçirilib.
“Tehsil365” xəbər verir kibu tədris ilində “Hənifə Məlikova-Zərdabi” adına təqaüd proqramından 93 tələbə qız faydalanacaq, onlardan 23-ü Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir.
Tədbirdə BDU-nun “Hənifə Məlikova- Zərdabi təqaüd proqramı” üzrə aylıq təqaüdü qazanan, həmçinin ali məktəbə qəbul imtahanlarında yüksək bal toplayan 23 tələbəsi – ✨️ Aysevər Bağırova, ✨️ Zəminə Nurəliyeva, ✨️ Fatimə Axundzadə, ✨️ Nəzrin Saadova, ✨️ Leyla Abdullayeva, ✨️ Aytən Hüseynli, ✨️ Zeynəb Alıyeva, ✨️ Aytac Kərimli, ✨️ Sənubər Məmmədova, ✨️ Aysu Axundova, ✨️ Ayşə Mehrəliyeva, ✨️ Duyğu Əsgərli, ✨️ Mələk Şöyübova, ✨️ Aylin Quliyeva, ✨️ Aliyə Əsgərova, ✨️ Fidan Ağasıyeva, ✨️ Ağabikə İsrəfilova, ✨️ Nuray Muradlı, ✨️ Tamam Abbaslı, ✨️ Elay Kərimli, ✨️ Ünzülə Manaflı, ✨️ Türkan İbrahimova və ✨️ Aytac Paşayeva təltif ediliblər.
Qeyd edək ki, 2021-ci ildən həyata keçirilən təqaüd proqramının məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək və onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır.

