Gənc və istedadlı yazıçı Pərviz Rzalı ədəbi fəaliyyətinə "Fırtınada Səyahət" adlı hekayəsi ilə başlamışdır.
“Tehsil365” xəbər verir ki, bu hekayə türk dilində qələmə alınıb və müəllifin ilk ədəbi təcrübəsi kimi xüsusi əhəmiyyət daşıyır.
"Fırtınada Səyahət" adlı hekayədə gənc müəllif insanın daxili fırtınalarını, qorxularını və ümidi simvolik bir səyahət üzərindən oxucuya çatdırmağa çalışır. Hekayədəki fəlsəfi məqamlar, hadisələrin təsirli dili və emosional gücü onun ədəbiyyata olan marağının və potensialının göstəricisidir.
Bu hekayə ilə çıxış edən Pərviz Rzalı daha sonra "Gecə Ovçusu" kimi daha mürəkkəb əsərlərə keçid edərək, oxucu auditoriyasını genişləndirməkdə davam edir. Onun gənc yaşda belə mövzularda yazması həm təqdir, həm də maraqla qarşılanır.

