Peşə Təmayüllü Siniflər layihəsi çərçivəsində şagirdlər 16 müxtəlif peşə ixtisası üzrə təhsil alır və praktik bacarıqlar qazanırlar.
“Tehsil365” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyiməlumat verib.
Layihə hazırda 326 məktəbdə və 1 pilot xüsusi təhsil məktəbində həyata keçirilir. Prosesdə 9 minə yaxın şagird və 1 438 müəllim iştirak edir.
Layihənin əsas məqsədi şagirdləri peşə təhsilinə hazırlamaq, onların seçdikləri ixtisas üzrə səriştələrini inkişaf etdirmək və ilkin bilik və bacarıqlar qazandırmaqla əmək bazarına hazırlamaqdır.

