Təhsil 365 - Logo Mobile

Şahmat müstəvisində sezmə və intuisiya

12430.10.2025 - 17:35
Şahmat müstəvisində sezmə və intuisiya

Şahmatla həyatı birləşdirən ortaq cəhətlərdən biri hər ikisində psixologiya və parapsi­xologiyanın bir sıra qay­dalarının keçərli olması­dır. Məlumdur ki, psixologiya və parapsixologi­ya elminin tədqiqat predmetinə bir çox məsələlərlə yanaşı, sezmə və intuisiya­nın araşdırılması da daxildir. Bu gün adı çəkilən elmlər sübut edir ki, görmə, eşitmə, qoxu, dad və lamisə kimi duyğulardan başqa, hər insanda sezmə və intuisiya, yəni baş vermiş və ya gə­ləcəkdə gerçəkləşəcək bir şeyi hiss etmək, duymaq kimi qabiliyyət də vardır.

“Tehsil365” xəbər verir ki , sezmə və intuisiya şahmat oyununun da ayrılmaz parçasıdır. Təsadüfi deyil ki, üçüncü şahmat dünya çempionu olmuş Kapablanca deyirdi ki, “şahmatda rəqibin məq­sədini kim daha yaxşı sezərsə, oyunu o qazanar. Bu baxımdan bir şahmatçı məntiq və xəyal gücü ilə yanaşı, insanların ruh halından da faydalanmağı bacarmalıdır. Qarşınızdakının xarak­terini anlayabilmə qabiliyyəti şahmatda böyük üstünlük gəti­rər”. Bu deyilənlər eynilə psixologiya və parapsixologiyanın həyatda da tətbiq olunan qaydalarıdır. Həqiqətən də həyatda kimin intuisiyası güclüdürsə, o da insanların xarak­terini daha yaxşı oxuya bilir və daha böyük uğur əldə edir.

Yeddinci şahmat dünya çempionu olmuş Vasili Smıslov isə intuisiyanın şahmatda böyük önəm daşıdığını bu sözlərlə dilə gətirmişdir: “Bəzən yaxşı gedişi tapmağa çalışdığım zaman sadəcə vəziyyətə baxır, ümumi olaraq fikir yürütməyə çalışıram. İntuisiyamın ardınca gedirəm. Ondan sonra ən yaxşı gedişi tapdığıma inandıqda variantları hesablamağa başlayıram. Hesab­lamalı və eyni zamanda intuisiyanızdan yararlanmalısınız”. Hətta Vasili Smıslov intuisiyanın şahmat üçün əhəmiyyətini ifrata varacaq dərəcədə yüksəldərək demişdir: “mən tək formu­lun tərəfdarıyam: bir çox variantları hesablamaq yerinə sezmə qabiliyyətinə malik olmaq”.

Qeyd edək ki, intuisiya həyatda müəyyən işləri görərkən zaman israfının da qarşısını almaqda, vaxt itkisinə yol vermə­məkdə bizə çox böyük yardımçı olur. Əgər bir neçə seçim imka­nından məhz birinin doğru olmasını tam yəqinliklə sezir, inamla həmin yola baş vurur və bu seçiminiz də sizi yanıltmırsa, “tətbiq etmə-yanılma” metodunu uzun-uzadı hər seçim variantında yox­lamaq məcburiyyətində qalmır, bununla da lüzumsuz vaxt itkisi­nin qarşısını almış olursunuz. İntuisiyanın zamana qənaət etməsi nöqteyi-nəzərdən əhəmiyyətini on üçüncü şahmat dünya çempionu olmuş Harri Kasparov şahmat müstəvisində belə izah etmişdir: “intuisiyamız bizə sadəcə “nə?” və “necə?” suallarının cavablarını deyil, eyni za­manda, “nə zaman?” sualının cavabını da verir. Gedişim üzərində on saniyə, on dəqiqə və ya bir saat düşünə bilərəm. Yaxşı inkişaf etmiş intuisiya mənə daha çox zaman və xüsusi diqqət tələb edən kritik bir nöqtəyə gəldiyimi söyləyir. İntuisiyamızı inkişaf etdirdikcə, bunun əmək və zamana qənaət etməyimizə təsir etdi­yini görə bilərik; bu, doğru mühakimə yürütmək və hərəkətə keçmək üçün lazım olan zamanı həqiqətən də qısaldır. Birinin bizə önəmli anları bildirməsi lazımdır və bu şey də intuisiyadır”.

Şahmatın psixologiya ilə bağlılığına toxunan dünyanın ən güclü əfsanəvi qadın şahmatçısı Judit Polqar da etiraf etmişdir ki, “şahmat yüzdə otuz, yüzdə qırx psixologiyadır”.

Sezmə və intuisiyadan ən çox faydalanan şahmatçılardan biri “Riqa sehrbazı” təxəllüslü səkkizinci şahmat dünya çempionu Mixail Tal olmuşdur. Onun fikrincə, “hər bir şahmat oyunçusu oyun zamanı bəzi vaxtlarda çəkici bir kombinasiyanı hiss edir, lakin onun nəticəsini sona qədər hesablaya bilmir. Əksər vaxt uzun müddət vaxt aparan bu səyləri nəticəsiz qalır. Buna görə də təcrübəli oyunçular hisslərinə güvənirlər və konkret bir vəziyyət meydana çıxana qədər uzunmüddətli hesablamalar etmirlər”. Şahmatda intuisiyanın fəda etmə məsələsinə təsirindən bəhs edən Mixail Tal, həmçinin deyirdi ki, “çox zaman fəda heç bir konkret hesablama tələb etmir. Meydana çıxan vəziyyətə sadəcə bir baxış bizi fədanın doğru olduğuna inandırmağa yetərlidir”. Onun müxbirlərə müsahibəsi zamanı “oyun oynayarkən ağlınıza o an oyunla bağlı olmayan qəribə şeylər gəlirmi?” sualına başına gələn yumoristik bir hadisəni danışaraq verdiyi cavaba nəzər salsaq, sezmə və intuisiyanın şahmatda nələrə qadir ola biləcəyini aydın görə bilərik:

“Bəli. Məsələn, Sovetlər Birliyi çempionatında böyük usta Vasiu­kovla oynadığım oyunu heç vaxt unutmaram. Atı fəda etməyə hazırlaşdığım çox qarışıq bir vəziyyət yaranmışdı. Qeyri-müəy­yən bir fəda idi, həddindən çox ehtimallar var idi; variantları təhlil etməyə başladıqda kədərli bir şəkildə fərqinə vardım ki, fədadan bir nəticə çıxmır. Fikirlər dalbadal çoxalırdı. Bəzi mə­qamlarda rəqibim üçün incə bir gediş görür, bəzən isə eyni gedi­şin başqa bir vəziyyətdə işə yaramadığını görürdüm. Nəticədə hər cür gedişin çoxluq təşkil etdiyi qarışıq variantları hesabla­maqla beynim qarmaqarışıq oldu. Şahmat məşqçilərinin tövsiyə etdiyi kimi vəziyyət sadələşsin deyə məşhur variant ağacının budaqlarını nə qədər budasam da mənim ağacım inanılmaz şəkildə böyüyürdü. O an birdən Korney İvanovi Çukovskinin şeirindən klassik bir beyt yadıma düşdü: “Nə çətin işdir bege­motu o bataqlıqdan çıxara bilmək”. Nəyə görə begemotun o an şahmat taxtasına girdiyini bilmirdim, amma tamaşaçıların mə­nim vəziyyəti təhlil etdiyimi düşünərkən, mən bütün gücümlə begemotu bataqlıqdan çıxarmağa çalışırdım. O an ağlımda domkratlar, kranlar, vertalyotlar, hətta buksirlər dolaşırdı. Uzun sürən düşüncələrdən sonra bir mühəndis olaraq məğlubiyyəti qəbul etdim və hirslə “burax, boğulursa, boğulsun” dedim. O an begemot şahmat taxtasına gəldiyi kimi qəfildən yoxa çıxdı. Hə­min an vəziyyət mənə o qədər də mürəkkəb gəlməməyə başladı. Anladım ki, əslində bütün variantları hesablamaq mümkün deyil, at fədası tamamilə intuitiv bir fəda idi. Oyunu çox maraqlı vəziyyətlərə apara biləcəyindən fəda etmədən dura bilməzdim. Sonrakı gün qəzetlərdə belə bir xəbər dərc olundu: “Mixail Tal 40 dəqiqəboyu vəziyyəti çox diqqətli bir şəkildə təhlil etdikdən sonra çox yaxşı hesablanmış bir at fədası etdi””.

Bu yarıciddi, yarıyumoristik olan hadisə şahmatda psixoloji amillərin necə böyük önəmə sahib olduğunu bir daha ortaya qoyur.

Dediklərimizi yekunlaşdırsaq, o qənaətə gələ bilərik ki, şahmat psixologiya və parapsixologiya elmləri ilə çox yaxından üzvi əlaqəyə malikdir və şahmat oyunu müstəvisində xüsusilə sezmə və intuisiya böyük əhəmiyyət daşıyır.

Raul Qarayev

Xəbər Lenti

Buraxılış imtahanının nəticələri açıqlandı08.05.2026 - 18:20
“MediaPulse” təcrübə proqramının növbəti görüşü təşkil edilib08.05.2026 - 18:16
Wi-Fi siqnalını tez gücləndirmək üçün sadə məsləhətlər08.05.2026 - 18:15
Gəncliyi səssizcə məhv edən qidalar08.05.2026 - 18:10
“Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi təşkil edilib08.05.2026 - 18:08
Azərbaycanda hantavirusa yoluxma qeydə alınıb? - Rəsmi açıqlama08.05.2026 - 18:05
Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub08.05.2026 - 18:00
300 bal toplayan Nərgiz oxumaq istəydiyi universiteti açıqladı08.05.2026 - 18:00
İnformasiya texnologiyaları mütəxəssisi Natiq Məmişov: “Rəqəmsal təhlükəsizlik üçün iki faktorlu doğrulama vacibdir”08.05.2026 - 17:55
DİN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib08.05.2026 - 17:55
BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib08.05.2026 - 17:54
Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub08.05.2026 - 17:45
Heydər Əliyev və Azərbaycan təbiəti – elmi simpozium08.05.2026 - 17:44
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb08.05.2026 - 17:36
Türk xalqları folklorunda ortaq komik personajlar08.05.2026 - 17:28
AzTU və TAU kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər08.05.2026 - 17:25
Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb08.05.2026 - 17:16
Bolqarıstanda Ümummilli Liderin 103-cü illiyi qeyd edilib08.05.2026 - 17:15
İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium08.05.2026 - 17:06
Azərbaycanlı tələbələr Antalyada keçirilən teatr festivalında iştirak ediblər08.05.2026 - 17:05
BDU-da II respublika elmi konfransı: Dahi şəxsiyyət və müdrik lider08.05.2026 - 17:00
Mingəçevir Dövlət Universiteti dünyanın WURI 2026 beynəlxalq reytinqində ilk yüzlükdə yer alıb08.05.2026 - 16:55
AzTU ilə İtaliyanın Milano-Bikokka Universiteti əməkdaşlığı genişləndirəcək08.05.2026 - 16:45
“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunın təqdimatı olub08.05.2026 - 16:35
Naxçıvanda Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə aparılıb08.05.2026 - 16:25
BDU-da “Azərbaycan” auditoriyası açılıb08.05.2026 - 16:15
Bolnisidə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd olunub08.05.2026 - 16:05
“Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” - UNEC-də elmi-praktik konfrans08.05.2026 - 16:00
BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konfrans08.05.2026 - 15:50
Pedaqoji Universitetlə Coğrafiya İnstitutu arasında anlaşma memorandumu imzalanıb08.05.2026 - 15:40
Vəkillik institutunun rolu və tələbələr üçün imkanlar08.05.2026 - 15:30
Daxili İşlər Nazirliyi və ADA Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb08.05.2026 - 15:20
Tbilisidə ustad aşıq Hüseyn Saraçlının 110 illiyi qeyd olunub08.05.2026 - 15:10
Yeniyetmələrdə ən çox rast gəlinən psixoloji problemlər hansılardır? Mətanət Əliyeva08.05.2026 - 15:00
Elmi-praktik konfrans: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi08.05.2026 - 15:00
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Berlində qeyd edilib08.05.2026 - 14:40
Bir Nəslin Qüruru – Mənim Babam08.05.2026 - 14:25
Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb08.05.2026 - 14:10
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb08.05.2026 - 13:55
Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb08.05.2026 - 13:40
İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium08.05.2026 - 13:25
AzMİU Avropa Universitetləri Sammitində: yeni tərəfdaşlıqlar və qlobal akademik inteqrasiya08.05.2026 - 13:10
Azərbaycan alimləri Strasburqda beynəlxalq elmi konfransda iştirak ediblər08.05.2026 - 13:00
Heydər Əliyev ideyaları müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir08.05.2026 - 12:55
Polimer Materialları İnstitutunda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib08.05.2026 - 12:40
BMU tələbələrinin startapları “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgilərində nümayiş olunub08.05.2026 - 12:25
Girne Amerikan Universitetinin rektoru BDU-da olub08.05.2026 - 12:10
“Yeni dövrün Azərbaycanı” – BSU-da beynəlxalq elmi konfrans08.05.2026 - 12:00