Azərbaycanlı gənc yazıçı Gülbadam Cümşüdova tərəfindən qələmə alınan "Azad və Pəri" detektiv janrlı romanı qısa zamanda geniş oxucu auditoriyasının diqqətini cəlb edib.
“Tehsil365” xəbər verir ki, əsər Dream Me rəqəmsal ədəbiyyat platformasında yayımlanaraq 1000-dən çox baxış sayı qazanıb və hələ də oxucular tərəfindən maraqla qarşılanır.
Əsərin süjet xətti Azad və Pərinin dostluğu üzərində qurulub. Gərgin hadisələr fonunda Pərinin Azadı təhlükəli vəziyyətdən xilas etməsi və bu prosesin onların məhəbbətinə çevrilməsi, əsərin əsas xəttini təşkil edir. Romanda həm emosional, həm də detektiv elementlər peşəkar şəkildə vəhdət təşkil edir.
Əsər 2021-ci ildə Yale Dram Universiteti tərəfindən keçirilən müsabiqədə fərqlənmiş və sertifikata layiq görülmüşdür. Bu nailiyyət, yazıçının beynəlxalq səviyyədə də tanınmasına töhfə verib.
Mütəxəssislər qeyd edir ki, bu cür platformalarda yayımlanan əsərlər Azərbaycan gənclərinin yaradıcılıq potensialını nümayiş etdirir və onların beynəlxalq səviyyədə ədəbiyyata töhfə verməsinə imkan yaradır.

