Gənc Azərbaycan yazıçısı Gülbadam Cümşüdova, müasir dövr ədəbiyyatında orijinal yaradıcılığı ilə seçilən imzalardandır.
“Tehsil365” xəbər verir ki, O, “Detektiv Alia” əsərinin müəllifi kimi tanınır. Bu detektiv janrında yazılmış roman 2021-ci ildən etibarən yazılmağa başlayıb və bu günədək davam edir.
Gülbadam Cümşüdova 14 sentyabr 2007-ci ildə Rusiyanın Tyumen vilayətində anadan olmuşdur. 2009-cu ildə ailəsi ilə birlikdə Azərbaycana köçmüş və burada yaşamağa başlamışdır. O, həyatının müəyyən hissəsini Astarada, daha sonra isə Bakı şəhərində keçirmişdir. 2024-cü ildə Astara şəhər 4 saylı tam orta məktəbini bitirmişdir.
Yaradıcılığa uşaq yaşlarından başlayan Gülbadam ilk şeirlərini 2013-cü ildə yazmışdır. Onun lirik şeirlər toplusu – “Let’s Enjoy” (2019) adlı kitabı Londonda keçirilən beynəlxalq şeir müsabiqəsində yarımfinala yüksəlmiş və 100 əsər arasında yer almışdır.
O, həmçinin vətənpərvərlik ruhunda yazdığı “Otuz illik həsrət” (2020) və “44 gün” adlı şeirləri ilə də tanınır. Epik janrda isə ilk uğuru 2017-ci ildə yazdığı “Ölüm oyunu” adlı əsərlə olmuşdur. 2019-cu ildə yazdığı ilk dram əsəri “Azad və Peri”, Amerikanın Yale Universiteti tərəfindən keçirilən dram müsabiqəsində yarımfinal mərhələsinə keçmişdir.
2020-ci ildə yazdığı “Həsrət qisası” adlı ikinci epik əsərdən sonra, Gülbadam Cümşüdova 2021-ci ildən başlayaraq üçüncü epik və ilk detektiv əsəri olan “Detektiv Alia” üzərində işləməyə başlamışdır. Əsər Azərbaycan dilində Wattpad platformasında, ingilis dilində isə Dream Me platformasında oxuculara təqdim olunur.
Gülbadam Cümşüdova hazırda yeni ədəbi layihələri üzərində işləməyə davam edir və müasir Azərbaycan gəncliyinin yaradıcı siması kimi diqqət mərkəzindədir.

