Samir Babayev Qarabağ Universitetinin Klinikasının baş direktoru, eyni zamanda Tibb və sağlamlıq elmləri fakültəsinin dekanıdır.
“Tehsil365” xəbər verir ki,o Samir Babayev 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində, 2003-2007-ci illərdə Türkiyənin İstanbul Universitetində #tibb təhsili alıb.
2009-2013-cü illərdə ABŞ-nin Nyu-York Tibb Kollecində #rezidentura üzrə, 2013-2016-cı illərdə Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində #təkmilləşdirmə proqramı üzrə təhsilini davam etdirib.
O, 20 ilə yaxın müddətdə Nyu-York Tibb Kollecində, Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində, həmçinin Minnesota ştatında yerləşən Mayo Klinikasında #rəhbər vəzifələrdə çalışıb.
Çoxsaylı elmi əsərlərin müəllifi olan Samir Babayev bir sıra nüfuzlu tibbi assosiasiyaların üzvü və rəhbəri olaraq fəaliyyət göstərib, müxtəlif təqaüdlərə və fəxri mükafatlara layiq görülüb.
Uğurlar diləyirik !

