İtaliya Təhsil Nazirliyi 2025-ci ilin əvvəllərindən bir sıra islahatlar təqdim edib, bunlar aşağıdakılardır:
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Məktəblərdə dərs zamanı mobil telefonların istifadəsinə tam qadağa qoyulacaq bütün sinif və məktəb səviyyələrində şagirdlər dərs və məktəb saatları ərzində şəxsi telefonlarından istifadə etməyəcəklər.
Şagirdlərin davranış qiymətləndirməsində yeni standart tətbiq olunacaq məsələn, orta və ali məktəblərdə “davranış” qiyməti minimum səviyyəni keçməyənlər sinifi keçə bilməyəcək, uzun müddətli intizam pozuntularında isə vətəndaşlıq yönümlü əlavə vəzifələr veriləcək.
Məktəblərin açılma tarixləri region üzrə fərqlidir və cari il üçün 7 milyon şagirdin dərsə dönüşü planlaşdırılır.
Məktəb infrastrukturu sahəsində isə ciddi təhlükə var: bir çox məktəb binasında struktur problemləri mövcuddur divar, tavan çöküşləri baş verib, və binaların böyük hissəsi seysmik təhlükəsizlik standartına cavab vermir.

