Bakıda sabiq direktor azyaşlı qızının pornoqrafik görüntülərini yayıb - TƏFƏRRÜAT
“Tehsil365“ xəbər verir ki, Bakıda 2015-ci il təvəllüdlü qızı Günay Məmmədovanın pornoqrafik görüntülərini yayan 1968-ci il təvəllüdlü Nigar Məmmədovanın (ad-soyadlar şərtidir) məhkəmə prosesi başa çatıb.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmünə əsasən, Nigar Məmmədova 5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, 2 il müddətinə təhsil və təlim-tərbiyə müəssisələrində inzibati vəzifə tutma və təlim-tərbiyə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilib.
Cinayət işinə gəlincə, 57 yaşlı ana 2023-cü ildə yaşadığı evdə öz istifadəsində olan mobil telefonla porno saytlarından birinə daxil olub. O, 8 yaşı olan qızının görüntülərini çəkib və uşaq pornoqrafiyasına aid videoları həmin sayta yükləyib.

