Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq Artisti Əliağa Ağayevin vəfatından 42 il keçir.
“Tehsil365" xatırladır ki, 1913-cü ildə anadan olan sənətkar 1936-cı ildə Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlayıb, 1961-ci ildən isə ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb.
Əliağa Ağayev “O olmasın, bu olsun” filmində canlandırdığı Məşədi İbad obrazının əvəzsiz ifaçısı kimi tamaşaçıların yaddaşında dərin iz qoyub və Azərbaycan teatr sənətinin tarixinə adını qızıl hərflərlə yazdırıb.

