Bu gün rus yazıçısı və dekabrist Aleksandr Bestujev-Marlinskinin anadan olmasından 228 il keçir.
“Tehsil365" xatırladır ki, O, 1797-ci ildə dünyaya gəlib və 1825-ci ildə baş verən dekabristlər üsyanında iştirakına görə Qafqaza sürgün olunub.
Bestujev-Marlinski sürgün illərində Azərbaycanda yaşayıb, böyük maarifçi və dramaturq Mirzə Fətəli Axundzadə ilə dostluq münasibətləri qurub. O, Azərbaycan dilini öyrənib və Axundzadənin A.S.Puşkinin ölümünə həsr etdiyi “Şərq poeması” əsərini rus dilinə tərcümə edib.

