Bu gün Yaponiyada ən önəmli bayramlardan biri — Beynəlxalq Mədəniyyət Günü (Culture Day) qeyd olunur.
“Tehsil365"in məlumatına görə, Hər il 3 noyabr tarixində keçirilən bu gün ölkənin zəngin mədəni irsini, elmi nailiyyətlərini və yaradıcı fəaliyyəti təbliğ etməyə həsr olunur.
Bayram ilk dəfə 1948-ci ildə rəsmi olaraq təsis edilib və məqsədi Yaponiyada sülhü, mədəni tərəqqini, eləcə də milli dəyərlərin qorunmasını təşviq etməkdir. Bu münasibətlə ölkə üzrə müxtəlif sərgilər, konsertlər, ənənəvi geyim nümayişləri, mükafatlandırma mərasimləri və mədəni tədbirlər təşkil olunur.
Həmçinin, bu gün Yaponiyada elm və incəsənət sahəsində fərqlənən şəxslərə “Mədəniyyət Medalı” təqdim edilir. Mədəniyyət Günü həm yerli əhali, həm də turistlər üçün Yaponiyanın qədim ənənələri ilə müasir dəyərlərinin vəhdətini nümayiş etdirən xüsusi gündür.

