UNESCO-nun Ərəb Regionu üçün həyata keçirdiyi “Education in Emergencies” konsultasiyası göstərir ki, konflikt, zorakı münaqişə, zorla miqrasiya, təbii fəlakətlər və pandemiya kimi şəraitlərdə təxminən 30 milyon uşaq məktəbdən kənarda qala bilər.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Region üzrə 45 milyon uşağın humanitar yardıma ehtiyacı olan kimi qiymətləndirilməsi təhsilin davamlılığı və bərabər çıxış məsələlərinin nə qədər kritik olduğunu ortaya qoyur.

