Immigration, Refugees and Citizenship Canada (IRCC) tərəfindən açıqlanan məlumatlara görə, 2025-ci ilin ilk səkkiz ayı ərzində Kanadaya daxil olan beynəlxalq tələbələrin sayı 132 000-dən çox azalıb.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Bunun əsas səbəbləri bunlardır:2024-ci ildən başlayaraq tələbə icazələrinin (study permits) sayı məhdudlaşdırılıb; 2025-də icazələrin maksimal sayı 437 000-ə endirilib.
Beynəlxalq tələbələrdən tələb olunan maliyyə təminatı yüksəldilib; məsələn, 2025-ci ildən ərizə verənlər üçün bankda göstərilməsi tələb olunan vəsait məbləği artırılıb.
Vizaların verilməsində yeni “province/territory attestation” məktubları tələb olunur və bu da müraciət prosesini daha mürəkkəbləşdirib.
Bu dəyişikliklər ali təhsil müəssisələrində maliyyə balansına, beynəlxalq tələbələrin yükünü daşıyan yerli xidmətlərə (məhəllə infrastukturuna, yataqxana və s.) olan təzyiqlərə cavab olaraq həyata keçirilir.

