Hindistanın Təhsil Nazirliyi bildirmişdir ki, 2026-2027 akademik ilindən etibarən məktəblərdə süni intellekt və hesablama düşüncəsi fənnləri 3-cü sinifdən başlayaraq tədris olunacaq.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Bu təşəbbüs ölkənin milli təhsil çərçivəsinə — National Curriculum Framework (NCF) 2023 və National Education Policy 2020 (NEP 2020) — uyğun olaraq həyata keçirilir.
Layihə çərçivəsində:AI və hesablama düşüncəsinin əsas universal bacarıq kimi qəbul edilməsi;Əlyazma materiallarının hazırlığı, rəqəmsal avadanlıq və müəllimlər üçün xüsusi təlimlərin keçirilməsi;
Müəllim hazırlığı üçün NISHTHA çərçivəsi üzrə təlimlər planlaşdırılır.
Nazirlik vurğulayır ki, bu dəyişiklik şagirdləri gələcəyin rəqəmsal dünyasına uyğun hazırlamağa yönəlib və təhsilin rəqəmsallaşması baxımından mühüm addımdır.

