Təhsil 365 - Logo Mobile

Ümumtəhsildə media savadlılığı ilə bağlı müəllimlər üçün TOT seminarı keçilib

10203.11.2025 - 14:10
Ümumtəhsildə media savadlılığı ilə bağlı müəllimlər üçün TOT seminarı keçilib

"Media Savadlılığı" Həftəsinə hazırlıq çərçivəsində ümumtəhsildə media savadlılığının əhatə olunması məqsədilə Medianın İnkişafı Agentliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə müəllimlər üçün TOT seminarı keçilib.

"Tehsil365” xəbər verir ki, seminar media savadlılığının artırılması, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi, müvafiq sahədə görülən işlərin effektivliyinin yüksəldilməsi, əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2022-ci ildən etibarən Agentlik tərəfindən keçirilir.

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı və Təhsil İnstitutunun Dil fənlərinin proqramları şöbəsinin müdiri Turan Zəkəriyayeva qeyd edib ki, müasir dövrdə informasiya bolluğunun mövcudluğu bu məlumatları istehlak edən şəxslər üçün bir sıra ciddi risklər yaradır:

"Yeniyetmələrin, məktəblilərin həssas auditoriya olduğu nəzərə alınaraq, onların doğru və yalan informasiyanı ayırd etmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də məsuliyyətli və səriştəli media istehlakçısı və iştirakçısına çevrilməsi məqsədilə media savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır".

Bakı Dövlət Universitetinin (BDU) Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova informasiya mühitində manipulyativ məzmunların aşkarlanması, mənbələrin etibarlılığının yoxlanılması və xəbərin dəqiqliyinin qiymətləndirilməsi ilə bağlı müzakirə aparıb.

BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva "Media savadlılığının tədrisi: metodika və effektiv yanaşmalar" mövzusunda təqdimatla çıxış edərək pedaqoji yanaşmaların modernləşdirilməsinin, şagirdlərin analitik düşünmə və məlumatları düzgün qiymətləndirmə bacarıqlarının inkişafına yönəlmiş dərs modellərinin tətbiqinin vacibliyini vurğulayıb.

"Mediada rəqəmsal izlər: istehsalçı və istehlakçı davranışı" mövzusunda təşkil olunan sessiyada isə "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev "rəqəmsal iz" anlayışının mahiyyəti, onun media savadlılığının əsas komponentlərindən biri kimi əhəmiyyətindən bəhs edib:

"Bu gün media ekosistemində hər bir istifadəçi təkcə məlumat istehlakçısı deyil, eyni zamanda məlumat istehsalçısı kimi çıxış edir və bu özlüyündə rəqəmsal məsuliyyət anlayışını daha da ön plana çıxarır".

ABŞ, Çin və digər müxtəlif ölkələrdə fəaliyyət göstərmiş beynəlxalq kommunikasiya mütəxəssisi, ABŞ-nin Valparaiso Universitetində magistr proqramının direktoru və dosenti kimi fəaliyyət göstərən Tiffany J. Bell "Yanlış narrativlərin aşkarlanması və mediada mesajları anlama" mövzusunda çıxış edib.

O, dezinformasiya və manipulyativ məzmunların aşkarlanması, rəqəmsal mühitdə düzgün informasiya istehlakçısı olmağın yolları, həmçinin ictimai rəyin formalaşmasında media mesajlarının təsir mexanizmləri barədə danışıb.

Bakı Psixologiya Mərkəzinin uzman psixoloqu və psixoterapevti Nərmin Osmanlı isə sosial medianın yeniyetmə və gənclərə psixoloji təsirləri, media savadlılığının effektiv tədrisi ilə bağlı praktiki psixoloji metodlar barədə danışıb.

O, rəqəmsal mühitdə düzgün davranış modelinin formalaşmasında psixoloji faktorların nəzərə alınmasının, informasiyanın təsirlərinə qarşı dayanıqlılığın artırılmasının və tədris prosesinə psixoloji yanaşmaların inteqrasiyasının əhəmiyyətini diqqətə çatdırıb.

Elnarə Həmidli

Xəbər Lenti

Azərbaycanın FIFA referisi İngiltərə millisinin oyununa təyinat alıb16.11.2025 - 11:45
"WhatsApp" istifadəçilərə dələduzlardan gələn mesajları müəyyən etməyin yolunu öyrətdi16.11.2025 - 11:30
“Zəfərdən Yüksəlişə” adlı intellektual yarış keçirilib16.11.2025 - 11:15
FHN uşaqlar üçün “açıq qapı” günü keçirdi16.11.2025 - 10:50
Qırğızıstanlı menecer: Universitetlər üçtərəfli əməkdaşlıq qurmalıdır16.11.2025 - 10:36
Dəri xərçəngindən qorunmağın sadə üsulu açıqlandı 16.11.2025 - 10:25
Sabahın hava proqnozu açıqlanıb16.11.2025 - 10:10
ABŞ-də vəfat etmiş qohumlarla "söhbət etməyə" imkan verən tətbiq yaradılıb16.11.2025 - 09:55
“OpenAI” “ChatGPT”də qrup söhbətlərini sınaqdan keçirir16.11.2025 - 09:40
BANM-in tələbəsi Onur Aşurlu SOCAR-ın rəsm müsabiqəsində II yer tutdu16.11.2025 - 09:30
Gün ərzində neçə stəkan kofe içmək olar16.11.2025 - 09:25
Müəllimlərin iş qrafiki necə olacaq16.11.2025 - 09:10
Psixoloq əmək fəaliyyətində məhsuldarlığın azalmasının səbəblərini izah edib16.11.2025 - 08:54
Beynin qocalmasını ləngidən üç qida müəyyən edilib16.11.2025 - 08:47
5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər16.11.2025 - 08:44
Yerin maqnit sahəsində gözlənilməz DƏYİŞİKLİK16.11.2025 - 08:38
Balıq uşaqların beynini necə gücləndirir?16.11.2025 - 08:20
Kosmik obyektdə süni mənşə əlamətləri aşkar edilib16.11.2025 - 08:08
Yuzef Davidoviç Çarski-Tanxelsonun anım günü qeyd olunur16.11.2025 - 07:54
Şair və publisist Fikrət Sadıqovun anım günü qeyd olunur16.11.2025 - 07:41
Mirzə Şəfi Vazehin anım günü – Böyük maarifçi və şairin irsi yaşayır16.11.2025 - 07:28
Abbas Mirzə Şərifzadənin 16 noyabr ölüm günü anılır16.11.2025 - 07:15
Vladislav Əziz oğlu Qədirovun 16 Noyabr doğum günü qeyd olunur16.11.2025 - 07:02
16 noyabr – Rauf Rəfail oğlu Talışinskinin doğum günüdür16.11.2025 - 06:49
Tələbələrin yataqxana problemi davam edir- ucuz yaşayış yerlərinin çatışmazlığı narahatlıq yaradır16.11.2025 - 06:44
16 noyabr – Azərbaycan və Əfqanıstan arasında diplomatik əlaqələrin qurulmasının ildönümü16.11.2025 - 06:36
Müəllimlərin sertifikasiyası: xarici ölkələrdə sistem necə işləyir?16.11.2025 - 06:35
Adı çəkilən məhsullar bağırsaq xərçəngi riskini 17 faiz azaldır16.11.2025 - 06:30
"Türkiyədəki kimi ibtidai–orta–lisey strukturunun Azərbaycanda tətbiqi zəruridir" - AÇIQLAMA16.11.2025 - 06:24
NEET PG 2025: Birinci mərhələ üzrə yerlərin bölgüsünün yenilənmiş cədvəli açıqlanıb16.11.2025 - 06:23
Sosial şəbəkədə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı araşdırma BAŞLADI16.11.2025 - 06:15
AIBE 2025 imtahanı üçün giriş biletləri açıqlandı16.11.2025 - 06:10
İndi 2025-ci il deyil, 1726-cı ildir: 300 illik tarixi təkzib edən inanılmaz nəzəriyyə16.11.2025 - 06:10
Yeni baş nazir təyin ediləcək - Qərar gözlənilir16.11.2025 - 06:05
“Marqarinə qatqı əlavə edib kərə yağı adı ilə satırlar” – SENSASİON AÇIQLAMA16.11.2025 - 05:59
NLSAT 2026: Qeydiyyat mərhələsi başlayıb16.11.2025 - 05:57
SABAH tələbəsi “Baku Steel Art 2025”də ölkəmizi təmsil edib16.11.2025 - 05:50
Universitetlərdə pedaqoji fakültələrin sayının azaldılması təklif edilir16.11.2025 - 05:45
Al-Falah universitetinin üzvlüyü dayandırıldı16.11.2025 - 05:44
Qərbi Benqalda ilk özəl baytarlıq kollecinin açılışı olub16.11.2025 - 05:31
ABŞ Təhsil Departamenti PSLF proqramında islahatlar elan etdi16.11.2025 - 05:18
"Müəllimlərin 09:00–18:00 iş rejimi təhsilə ən böyük zərbə ola bilər”16.11.2025 - 05:10
Tennessee nümayəndəsi Mark White National Assessment Governing Board-un sədri seçildi16.11.2025 - 05:05
ABŞ təhsil departamenti tətbiqetmə hərəkətləri aparır16.11.2025 - 04:52
ABŞ təhsil departamenti 153 milyon dollardan çox qrant ayırdı 16.11.2025 - 04:39
Müəllimlərin iş və həyat balansı problemi: Yeni hesabat iş mühitində çətinlikləri açıqlayır16.11.2025 - 04:26
Cənubi Koreyada süni intellekt və imtahanlarda fırıldaqçılıq problemi: Aparıcı universitetlər yeni çağırışla qarşı-qarşıyadır16.11.2025 - 04:13
ABŞ tələbə vizalarının azalması: Hindistanlı tələbələr ən çox təsirlənən qrupdur16.11.2025 - 04:00