Təhsil 365 - Logo Mobile

MEDİA-da Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı səviyyəsi müzakirə olunub

10304.11.2025 - 14:35
MEDİA-da Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı səviyyəsi müzakirə olunub

Medianın İnkişafı Agentliyində (MEDİA) Türkiyənin Qars, Ərzurum və İğdırdan olan 15 nəfərdən ibarət media nümayəndə heyəti ilə görüş keçirilib.

"Tehsil365” xəbər verir ki, görüşdə MEDİA-nın nümayəndələri, "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev, "Baku TV"nin Baş redaktoru Turan İbrahimov, "Oxu.az" xəbər portalının baş redaktorunun müavini Ülviyyə Gülməmmədova və ölkənin digər media nümayəndələri iştirak ediblər.

MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında qonaqlara Qarabağın işğal dövründə dağıntılara məruz qalması, hazırda gedən bərpa işləri ilə bağlı məlumat verib:

"Qarabağa indi həyat qayıdır. Bu, bizim taleyimizdir, biz bunu yaşayırıq. Bu gün Prezident İlham Əliyev kəndlərin təməlini qoyur. Biz azad olunan ərazilərdə yeni evlər tikirik. Azərbaycan üçün yeni səhifə başlayır, bu həm qürurverici, həm də ağırdır. Çünki 30 ilimiz boşa getdi. Biz artıq zəfərimizin beşinci ildönümünü qeyd edirik. Həmin ərazilərin hər bir qarışı dünyada görünməmiş şəkildə minalalarla çirkləndirilib".

Onun sözlərinə görə, MEDİA beynəlxalq jurnalistlərin azad olunan ərazilərə səfərini təşkil edir:

"Məqsədimiz türk toplumunun yaşadıqlarını göstərmək və həqiqətləri daha geniş coğrafiyaya yaymaqdır".

MEDİA-nın Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov bildirib ki, Azərbaycan və Türkiyə arasında əlaqələr, təkcə media yox, digər sahələrdə də müstəqillik dövründə yüksək mərhələyə çatıb:

"Çətin günlərimizdə qardaş olaraq bir-birimizin yanında olmuşuq. Bunlar qardaşlığımızın tarixi təzahürüdür. Bu əlaqələr gündən-günə dərinləşir. Zəngəzur dəhlizi açıldıqdan sonra isə daha çox intensivləşəcək".

"Yeşil İğdır" qəzetinin baş redaktoru Cabbar Şıktaş qeyd edib ki, Azərbaycana budəfəki gəlişində Qarabağa gedib və 30 il öncə yaşanılan ağrı-acını yenidən hiss edib:

"Biz orada insanlarla söhbətimizdə bunu bir daha hiss etdik. Qarabağa ilk səfərim olmasına baxmayaraq, özümü illər öncə burada olmuş kimi hiss etdim".

Türkiyəli digər jurnalistlər də vurğulayıblar ki, Xocalıda şəhid olanların məzarlarını ziyarət ediblər və 30 il öncə baş verən ağrı-acını yenidən hiss ediblər. Onlar qeyd ediblər ki, Qarabağda qısa müddətdə aparılan bərpa və yenidənqurma işləri olduqca önəmlidir.

Sonda media nümayəndələri Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı səviyyəsini, Zəngəzur dəhlizinin açılması ilə bölgənin inkişafını müzakirə ediblər.

Qeyd edək ki, türkiyəli jurnalistlərin Azərbaycana budəfəki səfəri iki ölkə media əlaqələrinin daha da güclənməsinə, həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq mediada geniş işıqlandırılmasına xidmət edir.

Elnarə Həmidli

Xəbər Lenti

Azərbaycanın FIFA referisi İngiltərə millisinin oyununa təyinat alıb16.11.2025 - 11:45
"WhatsApp" istifadəçilərə dələduzlardan gələn mesajları müəyyən etməyin yolunu öyrətdi16.11.2025 - 11:30
“Zəfərdən Yüksəlişə” adlı intellektual yarış keçirilib16.11.2025 - 11:15
FHN uşaqlar üçün “açıq qapı” günü keçirdi16.11.2025 - 10:50
Qırğızıstanlı menecer: Universitetlər üçtərəfli əməkdaşlıq qurmalıdır16.11.2025 - 10:36
Dəri xərçəngindən qorunmağın sadə üsulu açıqlandı 16.11.2025 - 10:25
Sabahın hava proqnozu açıqlanıb16.11.2025 - 10:10
ABŞ-də vəfat etmiş qohumlarla "söhbət etməyə" imkan verən tətbiq yaradılıb16.11.2025 - 09:55
“OpenAI” “ChatGPT”də qrup söhbətlərini sınaqdan keçirir16.11.2025 - 09:40
BANM-in tələbəsi Onur Aşurlu SOCAR-ın rəsm müsabiqəsində II yer tutdu16.11.2025 - 09:30
Gün ərzində neçə stəkan kofe içmək olar16.11.2025 - 09:25
Müəllimlərin iş qrafiki necə olacaq16.11.2025 - 09:10
Psixoloq əmək fəaliyyətində məhsuldarlığın azalmasının səbəblərini izah edib16.11.2025 - 08:54
Beynin qocalmasını ləngidən üç qida müəyyən edilib16.11.2025 - 08:47
5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər16.11.2025 - 08:44
Yerin maqnit sahəsində gözlənilməz DƏYİŞİKLİK16.11.2025 - 08:38
Balıq uşaqların beynini necə gücləndirir?16.11.2025 - 08:20
Kosmik obyektdə süni mənşə əlamətləri aşkar edilib16.11.2025 - 08:08
Yuzef Davidoviç Çarski-Tanxelsonun anım günü qeyd olunur16.11.2025 - 07:54
Şair və publisist Fikrət Sadıqovun anım günü qeyd olunur16.11.2025 - 07:41
Mirzə Şəfi Vazehin anım günü – Böyük maarifçi və şairin irsi yaşayır16.11.2025 - 07:28
Abbas Mirzə Şərifzadənin 16 noyabr ölüm günü anılır16.11.2025 - 07:15
Vladislav Əziz oğlu Qədirovun 16 Noyabr doğum günü qeyd olunur16.11.2025 - 07:02
16 noyabr – Rauf Rəfail oğlu Talışinskinin doğum günüdür16.11.2025 - 06:49
Tələbələrin yataqxana problemi davam edir- ucuz yaşayış yerlərinin çatışmazlığı narahatlıq yaradır16.11.2025 - 06:44
16 noyabr – Azərbaycan və Əfqanıstan arasında diplomatik əlaqələrin qurulmasının ildönümü16.11.2025 - 06:36
Müəllimlərin sertifikasiyası: xarici ölkələrdə sistem necə işləyir?16.11.2025 - 06:35
Adı çəkilən məhsullar bağırsaq xərçəngi riskini 17 faiz azaldır16.11.2025 - 06:30
"Türkiyədəki kimi ibtidai–orta–lisey strukturunun Azərbaycanda tətbiqi zəruridir" - AÇIQLAMA16.11.2025 - 06:24
NEET PG 2025: Birinci mərhələ üzrə yerlərin bölgüsünün yenilənmiş cədvəli açıqlanıb16.11.2025 - 06:23
Sosial şəbəkədə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı araşdırma BAŞLADI16.11.2025 - 06:15
İndi 2025-ci il deyil, 1726-cı ildir: 300 illik tarixi təkzib edən inanılmaz nəzəriyyə16.11.2025 - 06:10
AIBE 2025 imtahanı üçün giriş biletləri açıqlandı16.11.2025 - 06:10
Yeni baş nazir təyin ediləcək - Qərar gözlənilir16.11.2025 - 06:05
“Marqarinə qatqı əlavə edib kərə yağı adı ilə satırlar” – SENSASİON AÇIQLAMA16.11.2025 - 05:59
NLSAT 2026: Qeydiyyat mərhələsi başlayıb16.11.2025 - 05:57
SABAH tələbəsi “Baku Steel Art 2025”də ölkəmizi təmsil edib16.11.2025 - 05:50
Universitetlərdə pedaqoji fakültələrin sayının azaldılması təklif edilir16.11.2025 - 05:45
Al-Falah universitetinin üzvlüyü dayandırıldı16.11.2025 - 05:44
Qərbi Benqalda ilk özəl baytarlıq kollecinin açılışı olub16.11.2025 - 05:31
ABŞ Təhsil Departamenti PSLF proqramında islahatlar elan etdi16.11.2025 - 05:18
"Müəllimlərin 09:00–18:00 iş rejimi təhsilə ən böyük zərbə ola bilər”16.11.2025 - 05:10
Tennessee nümayəndəsi Mark White National Assessment Governing Board-un sədri seçildi16.11.2025 - 05:05
ABŞ təhsil departamenti tətbiqetmə hərəkətləri aparır16.11.2025 - 04:52
ABŞ təhsil departamenti 153 milyon dollardan çox qrant ayırdı 16.11.2025 - 04:39
Müəllimlərin iş və həyat balansı problemi: Yeni hesabat iş mühitində çətinlikləri açıqlayır16.11.2025 - 04:26
Cənubi Koreyada süni intellekt və imtahanlarda fırıldaqçılıq problemi: Aparıcı universitetlər yeni çağırışla qarşı-qarşıyadır16.11.2025 - 04:13
ABŞ tələbə vizalarının azalması: Hindistanlı tələbələr ən çox təsirlənən qrupdur16.11.2025 - 04:00