Azərbaycan Dillər Universitetinin Psixologiya və Pedaqogika kafedrasının müəllimləri – pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Şəfiqə Tahirova və Türkan Ömərova Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Hüseyn Quliyevlə görüşüblər.
“Tehsil365” xəbər verir ki, görüş zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər gələcək layihələr, qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlığın yeni imkanları barədə müzakirələr aparıblar.
Bundan əlavə, Şəfiqə Tahirova və Türkan Ömərova səfirlik, eləcə də onun nəzdində fəaliyyət göstərən mərkəzlərlə birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər. Layihələrin ümumi məzmunu və istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

