Azərbaycan Dillər Universitetinin Psixologiya və Pedaqogika kafedrasının müəllimləri, p.f.d. Şəfiqə Tahirova və Türkan Ömərova Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin nəzdindəki muzeyləri ziyarət ediblər.
“Tehsil365” xəbər verir ki, ziyarət zamanı onlar mərkəzin tərkibində fəaliyyət göstərən Heydər Əliyev Muzeyi, Azərbaycan Tarixi və Dövlətçiliyi Muzeyi, Azərbaycan–Özbəkistan Dostluq Muzeyi və Azərbaycan Xalçaları Muzeyi ilə tanış olublar.
Bu muzeylər Azərbaycan xalqının zəngin tarixi, mədəni irsi və dövlətçilik ənənələrinin qorunub saxlanması, eləcə də Azərbaycan və Özbəkistan xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ziyarət zamanı müəllimlər həm tarixi eksponatlarla tanış olublar, həm də iki ölkə arasında mədəni əlaqələrin dərin köklərə malik olduğuna bir daha şahidlik ediblər.

