Koreya Respublikasının paytaxtı Seulda 4 noyabr 2025-ci il tarixində Bakı Dövlət Universiteti (BDU) və İndoneziyanın Bina Nusantara (BINUS) Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
“Tehsil365” bunu BDU-nun məlumatına əsasən xəbər verir.
Bildirilib ki, universitetlər arasında elmi-tədqiqat, tədris, akademik mobillik və mədəni əlaqələrin inkişafını nəzərdə tutan memorandum tərəflər arasında birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, beynəlxalq seminar və konfransların birgə təşkili, həmçinin ikili diplom proqramlarının işlənilməsi istiqamətində əməkdaşlığa xidmət edəcəkdir.

