Təhsil 365 - Logo Mobile

''Media savadlılığı orta məktəblərdə tədris edilməlidir'' – BDU-nun dekanı

10704.11.2025 - 18:17
''Media savadlılığı orta məktəblərdə tədris edilməlidir'' – BDU-nun dekanı

“Əsas məqsəd mediada aparılan işin məqsədyönlü, düzgün və obyektiv olmasıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda keçirilən konfransda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu səsləndirib.

O bildirib ki, XXI əsr dəyərlər savaşının getdiyi bir əsrdir:

“Biz hamımız dəyərlər uğrunda mübarizənin aparıldığı bir dövrdə yaşayırıq. Yalnız o xalq bu savaşı uğurla keçə bilər ki, öz dəyərlərinə sahib çıxa bilsin. Statusumuzdan, vəzifəmizdən, yaşımızdan asılı olmayaraq, hər birimiz bu dəyərlər uğrunda mübarizə aparmalı və gələcək nəsillərə onları tanıtmaq məsuliyyətini daşımalıyıq”.

Vüqar Zifəroğlu qeyd edib ki, belə bir prosesdə medianın üzərinə böyük məsuliyyət düşür:

“Təbii ki, media nəzəriyyəçilərinin də üzərinə ciddi vəzifə qoyulur. Gender bərabərliyi və medianın rolu məsələsində alimlərimiz mühüm işlər görüblər. 2021-ci ildə Avropa Şurasının Bakı ofisinin dəstəyi ilə gender bərabərliyi və jurnalistika mövzusunda çox faydalı bir metodik vəsait hazırlanmışdı. Həmin vəsaitdə uşaq jurnalistikası, qadın mövzularının işıqlandırılması, kriminal xəbərlərdə etik meyarlar kimi mühüm məsələlər öz əksini tapmışdı”.

Vüqar Zifəroğlu vurğulayıb ki, media savadlılığı yalnız jurnalistlər üçün deyil, bütün cəmiyyət üçün vacibdir:
“XXI əsrin insanının media savadı olmalıdır. Sosial media, informasiya müharibəsi, dezinformasiya artıq gündəlik həyatımızın bir hissəsidir. Azərbaycana qarşı aparılan informasiya müharibəsində çox vaxt qadınlarımız və uşaqlarımız hədəf seçilir. Buna görə bu məsələyə son dərəcə həssas yanaşmaq lazımdır”.

O vurğulayıb ki, media savadlılığı məktəblərdə tədris olunmalıdır.
“Bu, artıq zərurətdir. Türkiyənin bu sahədə çox gözəl təcrübəsi var, onlar 1970-ci illərin ortalarından, İngiltərədə isə 1940-cı illərin sonlarından bu dərsləri keçirlər. Niyə də bizdə olmasın?! Əgər bu təcrübə bizdə də tətbiq olunsa, insanlar informasiyanı necə dəyərləndirməyi və düzgün qəbul etməyi daha yaxşı anlayacaqlar”, – deyə dekan bildirib.

Səma Qarayeva

Xəbər Lenti

Respublika Gənclər Kitabxanasında Beynəlxalq Gənclər Gününə həsr olunmuş material hazırlanıb12.08.2026 - 17:17
Qarabağ Universiteti: müasir təhsil və gələcəyə yönəlmiş inkişaf12.08.2026 - 17:07
Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş12.08.2026 - 16:50
V ixtisas qrupu üzrə abituriyentlər üçün kitabça təqdim edilib12.08.2026 - 16:46
BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin diqqətinə12.08.2026 - 15:38
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq12.08.2026 - 15:18
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb12.08.2026 - 15:04
Tamgünlük təhsilə keçid: Məktəblərdə maliyyə problemi yaranıb12.08.2026 - 10:55
Ali təhsildə süni intellektin rolu getdikcə artır12.08.2026 - 10:50
Abituriyentlərin nəticələri açıqlandı: 700 və 150 bal aralığında neçə nəfər var?12.08.2026 - 10:45
Məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərə vergi güzəşti12.08.2026 - 10:40
“Şəxsi kabinet”ə artıq ödəniş etmisiniz? – VACİB MƏLUMAT12.08.2026 - 10:35
Avstraliyada məktəblərdə bullinqə qarşı 10 milyon dollarlıq proqram başladılıb12.08.2026 - 10:30
Bu günə olan hava proqnozu12.08.2026 - 10:25
Abituriyentlərin DİQQƏTİNƏ: Azərbaycan Universitetində 24 ixtisas üzrə qəbul12.08.2026 - 10:20
Alimlərdən yeni kəşf: İnsan beynini təqlid edən süni intellekt çipi hazırlanıb12.08.2026 - 10:15
BSU-da xüsusi təqaüd proqramı12.08.2026 - 10:10
Peşə seçimində tərəddüd edənlər nə etməlidir?12.08.2026 - 10:05
IV qrup üzrə müəllimlik ixtisaslarında plan yerləri dəyişdi – MÜQAYİSƏ12.08.2026 - 10:00
Saatlıda müəllim dünyasını dəyişib12.08.2026 - 09:55
Bu məktəblərdə vakansiyalar var – SİYAHI12.08.2026 - 09:50
Məktəbəqədər təhsil müəssisələri üçün 20 milyon manat vəsait ayrıldı12.08.2026 - 09:45
Abituriyentlərin DİQQƏTİNƏ: İxtisas qrupları üzrə plan yerləri açıqlanıb12.08.2026 - 09:40
Sabaha olan hava proqnozu12.08.2026 - 09:35
Fərqlənmə ilə məktəbi bitirənlərin sayı açıqlandı - RƏSMİ12.08.2026 - 09:30
Universitetdə tələbələr üçün 1000 yerlik yataqxana tikiləcək12.08.2026 - 09:25
DİM-dən abituriyentlərə VACİB MÜRACİƏT12.08.2026 - 09:20
Ali təhsildə rekord: Dünyada tələbələrin sayı 269 milyona çatıb12.08.2026 - 09:15
BMU-da müasir laboratoriyalar tələbələrin təhsil imkanlarını genişləndirir12.08.2026 - 09:10
II qrupda plan yerləri çox olan ixtisaslar – ABİTURİYENTLƏRİN DİQQƏTİNƏ12.08.2026 - 09:05
Rezidentura üzrə ixtisas seçiminə start verilib12.08.2026 - 09:00
“Səyyar Gənclər Xidməti” fəaliyyətini Xızıda davam etdirir12.08.2026 - 06:36
Anar Eminov: “Universitetin gələcəyi onun yaratdığı dəyər, yetişdirdiyi insan və cəmiyyətə verdiyi töhfə ilə ölçülür”12.08.2026 - 06:26
"Xüsusilə narahatlıq və təşviş halları gənclərdə daha çox nəzərə çarpır"-Psixoloq Mətanət Əliyeva12.08.2026 - 05:58
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq uğur qazandı12.08.2026 - 05:45
Bu gün ali məktəblərə ixtisas seçimi BAŞLAYIR12.08.2026 - 05:24
ADNSU-da Məzun–Tələbə Mentorluq Proqramı çərçivəsində görüşlər davam edir12.08.2026 - 05:15
Pulmonologiya üzrə ixtisaslaşma müasir səhiyyənin prioritet istiqamətlərindən biridir12.08.2026 - 05:06
“Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyət dairəsi daha da genişləndirilib12.08.2026 - 04:58
“Abituriyent” jurnalının 2026-cı il 4-cü nömrəsinə düzəliş12.08.2026 - 04:50
Avqustun 12-si Beynəlxalq Gənclər Günüdür12.08.2026 - 04:42
UNEC TƏLƏBƏSİ ROBOTOTEXNİKA ÜZRƏ DÜNYA ÇEMPİONU OLDU12.08.2026 - 04:34
“İnformasiya təhlükəsizliyi” ixtisasını seçmək istəyənlər üçün UNEC-də möhtəşəm imkanlar!12.08.2026 - 04:26
BDU-nun Tarix fakültəsində təhsil almaq istəyənlərin diqqətinə!12.08.2026 - 04:19
BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!12.08.2026 - 04:11
BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb12.08.2026 - 04:02
Daha bir rektordan ixtisas seçimi edəcək abituriyentlərə MESAJ11.08.2026 - 16:53
İmtahan stresi ilə mübarizə: Məktəblərdə yeni layihə11.08.2026 - 16:24