Təhsil 365 - Logo Mobile

AzMİU-da “Zəfərlə möhürlənən suverenlik” mövzusunda tədbir keçirilib

9204.11.2025 - 19:16
AzMİU-da “Zəfərlə möhürlənən suverenlik” mövzusunda tədbir keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Zəfərin 5 illiyinə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Zəfərlə möhürlənən suverenlik” mövzusunda tədbir keçirilib.

‘‘Tehsil365’’ bildirir ki, bu barədə universitetdən məlumat verilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov tədbiri açaraq bildirib ki, 5 il əvvəl – 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi, milli qürur və birliyimizin simvoluna çevrilən böyük Zəfəri qazandı. “Bu Zəfər Azərbaycan dövlətçiliyinin dayaqlarını daha da möhkəmləndirdi, Konstitusiyamızda təsbit olunmuş suverenlik prinsipinin real siyasi və hərbi təminatını yaratdı”, – deyə o vurğulayıb.

Sonra Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olduğunu qeyd edib: “Zəfərimiz təkcə hərbi qələbə deyil, milli ideologiyanın və milli birliyin təntənəsidir. Bu müharibə xalq, ordu və dövlət rəhbərliyi arasında misilsiz bir həmrəyliyin göstəricisi oldu. Biz bu gün suverenliyimizi təkcə beynəlxalq hüquqda deyil, həm də real məkanlarda təsdiq etmiş bir dövlətik”.

Deputat, həmçinin gənclərə müraciətlə bildirib ki, suveren dövlətin qorunması üçün hər bir vətəndaş bilikli, məsuliyyətli və vətənpərvər olmalıdır.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə çıxışında Azərbaycanın dövlət idarəçiliyində sabitlik, diplomatik çeviklik və hərbi modernləşmənin Zəfərin qazanılmasında mühüm rol oynadığını qeyd edib: “Azərbaycanın hərbi-siyasi strategiyası Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində milli gücə çevrildi. Bu gün Konstitusiyamızda təsbit olunan suverenlik prinsipi artıq işğaldan azad edilmiş torpaqlarımızda real həyat tapıb. Bu, gələcək nəsillər üçün ən böyük dövlətçilik dərsidir”.

Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov ordunun peşəkar hazırlığından və elmi-analitik düşüncənin müasir hərbi təlimlərdə rolundan danışıb: “Azərbaycan Ordusu yalnız döyüş meydanında deyil, intellektual müstəvidə də qalibdir. Biz bu Qələbəni elmi əsaslı hərbi idarəetmə, yüksək texnologiyaların tətbiqi və strateji düşüncə sayəsində qazandıq. Gənclərimiz bu Qələbədən dərs götürməli, elmi və texnoloji biliklərlə silahlanmalıdır”.

Milli Müdafiə Universiteti rektorunun müavini professor İbrahim Ethem Atnur qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinə diqqət çəkib: “Azərbaycanın qazandığı Zəfər həm də Türk dünyasının Zəfəridir. Türkiyə və Azərbaycan bir millət, iki dövlət olaraq bu Qələbənin mənəvi və siyasi yükünü birlikdə daşıyır. Qarabağda, Zəngəzurda həyata keçirilən quruculuq işləri türk birliyinin gələcək inkişafına yeni nəfəs gətirir”.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev çıxışında şəhidlərin və qazilərin qəhrəmanlığını xüsusi vurğulayıb: “Zəfər təkcə döyüş meydanında qazanılmadı – o, illərlə xalqın qəlbində yetişən Vətən sevgisinin, əqidənin və sədaqətin nəticəsidir. Şəhidlərimizin qanı ilə yazılmış bu tarix bizim gələcəyimiz üçün məsuliyyət və şərəf örnəyidir”.

44 günlük Vətən müharibəsi iştirakçısı, hazırda AzMİU-da təhsilini davam etdirən Rəvan Vəzirov döyüş xatirələrindən danışaraq, tələbə kimi azad və güclü Azərbaycanda oxumağın qürurunu bölüşüb: “Biz döyüş meydanında Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” sözlərini öz qanımızla təsdiqlədik. Bu gün isə həmin azad torpaqlarda qurulan hər bir bina, salınan hər bir yol bizim Zəfərimizin davamıdır. Mənim üçün bu universitetdə oxumaq təkcə təhsil deyil, həm də gələcəyin mühəndisi kimi Vətənə xidmət deməkdir”.

Rəvan çıxışının sonunda şəhid silahdaşlarının xatirəsini ehtiramla anaraq, gəncləri elm və peşəkar biliklərlə Vətənə xidmət etməyə çağırıb.

Sonda iştirakçılar Dizayn fakültəsinin ikinci kurs tələbələrinin 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin xatirəsinə ithaf etdikləri sərgiyə baxış keçiriblər.

Səma Qarayeva

Xəbər Lenti

Həmin müəllimlə bağlı qalmaqal böyüyür - 17 il məktəbə getmədən maaş alıb26.07.2026 - 05:58
Xəzər dənizində zəlzələ oldu26.07.2026 - 05:32
Meşələrin balaca kabusu – onu tapmaq demək olar ki, mümkünsüzdür26.07.2026 - 05:10
V Milli Yaylaq Festivalının açılışı mərasimi keçirilib26.07.2026 - 04:51
“Yay Fest’də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib26.07.2026 - 04:39
Türkiyənin ilk astronavtı Azərbaycan İdman Akademiyasında gənclərin suallarını cavablandırıb26.07.2026 - 04:28
Mingəçevir Dövlət Universiteti 5 il müddətinə institusional akkreditasiyadan uğurla keçib26.07.2026 - 04:11
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə26.07.2026 - 04:02
Xəzər Universitetində yeni ixtisas25.07.2026 - 14:34
631,3 balla Qarabağ Universitetini seçdi25.07.2026 - 14:21
Bərdə Dövlət Peşə Təhsil Mərkəzində tələbə qəbulu ilə bağlı ödənişsiz dəstək göstərilir25.07.2026 - 14:09
630,9 balla Qarabağ Universitetini seçdi25.07.2026 - 13:59
634,3 bal toplayan abituriyent Qarabağ Universitetini seçdi25.07.2026 - 13:52
BANM tələbələri Polşada beynəlxalq Yay Məktəbində iştirak ediblər - FOTOLAR25.07.2026 - 13:41
Bu universitet bağlanır? - Tələbələr narahatdır25.07.2026 - 13:32
Mərakeşdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə 25.07.2026 - 13:20
UNEC məzunu Dövlət Proqramının qalibi olub25.07.2026 - 13:04
“Rəqəmsal dövrdə sosial əlaqələrin artmasına baxmayaraq, emosional yaxınlıq hissi zəifləyir." - Psixoloq Mirsadiq Muxtarov 25.07.2026 - 11:59
Azərbaycan İdman Akademiyasının futzal komandası Avropa Universitet Oyunlarında 2-ci yeri tutub25.07.2026 - 09:24
Mehmet Nuri Ersoy: Aspendosda antik dövrə aid mühüm arxeoloji tapıntılar aşkar edilib25.07.2026 - 09:21
Azərbaycan jurnalistlərinin Qırğızıstana mediaturu qala-konsertlə yekunlaşıb25.07.2026 - 09:16
Sabahın havası: Tempuratur 41 dərəcəyə çatacaq25.07.2026 - 09:08
Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir-FOTOLAR25.07.2026 - 07:50
Mərakeşdə təhsil üçün təqaüd proqramına qəbul elan olunub25.07.2026 - 07:45
İsti hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına XƏBƏRDARLIQ25.07.2026 - 07:30
11-ci siniflərin riyaziyyat üzrə ən uğurlu məktəbləri - TAM SİYAHI25.07.2026 - 07:20
Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat alıb25.07.2026 - 07:10
11 yaşlı şahmatçı dünya rekordu qırdı25.07.2026 - 06:25
Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb25.07.2026 - 06:20
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb-FOTOLAR25.07.2026 - 06:15
TC altqrupunda keçid balları belə dəyişib - Ən çox artım bu ixtisaslardadır25.07.2026 - 06:10
Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB25.07.2026 - 06:09
Bu gün 39 dərəcə isti olacaq25.07.2026 - 06:00
Şəhid övladları Vaşinqtonda keçirilən "Zəfər" Yay Düşərgəsində iştirak ediblər25.07.2026 - 05:57
SOCAR Polymer-ə səfər25.07.2026 - 05:48
ATMU-da “Hilton Garden Inn Baku” ilə əməkdaşlıq imkanları müzakirə olunub25.07.2026 - 05:39
Diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb25.07.2026 - 05:27
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR25.07.2026 - 05:19
Süni intellekt köhnə peşələri sıradan çıxarır: Gələcəyin ixtisasları hansılardır? - VİDEO25.07.2026 - 05:11
ADU müəllimi beynəlxalq konqresdə elmi məruzə ilə çıxış edib25.07.2026 - 05:06
Poliqlot ADU müəlliminin məqaləsi nüfuzlu beynəlxalq elmi nəşrdə dərc olunub25.07.2026 - 04:58
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib25.07.2026 - 04:41
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib25.07.2026 - 04:36
Pakistanın Federal Təhsil və Peşə Hazırlığı Nazirliyinin nümayəndələri BMU-da olub25.07.2026 - 04:28
Rektor II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirib25.07.2026 - 04:15
ADNSU-nun 4 məzunu VI “Yüksəliş” müsabiqəsinin qalibi olub25.07.2026 - 04:03
“Valideyn övladının əvəzinə qərar verməməli, ona yol göstərməlidir” - Psixoloq Orxan Şəfizadə24.07.2026 - 17:59
"Onlar xaricdə təhdil şirkətlərini dəqiq araşdırsınlar"-Təhsil eksperti Elçin Murad24.07.2026 - 16:50