Təhsil 365 - Logo Mobile

ADA-da Məhsul bayramı – “Veysəloğlu”nun tərəfdaşlığı ilə xeyriyyə festivalı

9104.11.2025 - 19:57
ADA-da Məhsul bayramı – “Veysəloğlu”nun tərəfdaşlığı ilə xeyriyyə festivalı

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində ənənə halını alan Payız festivalı – Məhsul bayramı coşqu ilə qeyd edilib.

‘‘Tehsil365’’ bildirir ki, tarixən xalqımızın ənənələri sırasında xüsusi yer tutan məhsul bayramları bu gün də bolluğun, ruzi-bərəkətin və birliyin simvolu kimi qeyd olunur. Festivalın keçirilməsində əsas məqsəd ADA ailəsini və tərəfdaşlarını bir araya gətirərək şagirdlər və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik adətlərimizi yaşatmaq və erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər yetişdirmək olub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, dövlət rəsmiləri, ADA Universitetinin və ADA Məktəbinin müəllimləri, tələbə və şagirdləri, tərəfdaş şirkətlər, valideynlər və məzunlar iştirak ediblər.

ADA Universitetinin rektoru Hafiz Paşayev tədbir iştirakçılarını salamlayaraq, müxtəlif sahələrdən olan insanların bu bayramda ümumi məqsəd ətrafında bir araya gəldiklərini vurğulayıb. O, hər il əhatə dairəsi genişlənən bu vacib təşəbbüsün gələcəkdə də davamlı olacağına inandığını qeyd edib.

Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) təsisçisi və baş icraçı direktoru Aydın Talıbov bildirib ki, şirkət olaraq böyük məmnunluqla belə tədbirlərdə iştirak edirlər. VŞQ-nin təsisçisi qeyd edib ki, keçmişimizə, millətimizin tarixinə, mədəniyyətimizin inkişafına xidmət edən bu cür təşəbbüslər mütləq mənada dəstəklənməlidir.

Rəsmi hissədən sonra bədii proqram təqdim edilib.

ADA Universitetinin tələbələri və məktəbin şagirdləri tərəfindən hazırlanan çıxışlar, mahnı və rəqslər bayram ab-havasını daha da canlandırıb. Xalq artisti Zülfiyyə Xanbabayevanın ifası tədbirə rəng qataraq iştirakçılara unudulmaz anlar yaşadıb.

Tədbir çərçivəsində tələbə və şagirdlərin əl işləri, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə məqsədli sərgi-satış təşkil olunub. Yığılan vəsait ADA Məktəbinin şagirdləri və Azərbaycan Uşaq Fondu ilə birgə seçiləcək təhsil məqsədli sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək. Bu təşəbbüslər Məhsul bayramının mənəvi dəyərini daha da artıraraq paylaşma və xeyirxahlıq ruhunu yaşadır.

Ötən il keçirilən Məhsul bayramı zamanı toplanan vəsait 1 saylı Ailə tipli kiçik qrup evi sosial xidmət müəssisəsində təşkil olunan təhsil layihələrinə sərf edilib.

Əsas və daimi tərəfdaş kimi Veysəloğlu Şirkətlər Qrupu, o cümlədən “Veysəloğlu Distribusiya”, “Ulduz”, “Araz” supermarketlər şəbəkəsi, “Oba” marketlər şəbəkəsi, “Xonça” və “Rossmann” şirkətləri, həmçinin ADA Universitetinin əməkdaşlıq etdiyi “Paul”, “Fryday”, “Cinnabon”, “Şahdağ-E Arıçılıq”, “Absheron Olive Garden”, “Maxprint” və “Referans Medical Group” kimi şirkətlərin dəstəyi ilə keçirilən bu bayramda, ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək, şirniyyat və digər yerli istehsal nümunələri ilə yanaşı, qeyri-qida məhsulları da satışa çıxarılıb.

Səma Qarayeva

Xəbər Lenti

“Atəşgah” Sığortadan məktəblilərə maarifləndirici təlim07.12.2025 - 10:25
Bakıda “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans keçirilib07.12.2025 - 10:15
BMU Karyera Həftəsi 2025 başlayır!07.12.2025 - 10:05
Azərbaycan tarixi bütün ixtisas qruplarında olmalıdır - SƏBƏBLƏR07.12.2025 - 09:50
Yulafın sağlamlıq üçün zərərləri - ARAŞDIRMA07.12.2025 - 09:40
MDU və AzTU arasında yeni əməkdaşlıq!07.12.2025 - 09:25
BDU-nun dosenti vəfat etdi07.12.2025 - 09:10
Müəllimlərin iş-həyat balansındakı çətinlikləri gündəmə gətirir07.12.2025 - 08:59
Təhsil departamenti işdən çıxarılan işçiləri müvəqqəti geri çağırır07.12.2025 - 08:46
London Meri pulsuz məktəb yeməkləri sxeminin davamını yenidən qiymətləndirir07.12.2025 - 08:33
Böyük Mançester universitetində fırıldaqçılıq iddiaları: Tənzimləyicilər sorğu başlatdı07.12.2025 - 08:20
Uşaqlar üçün riyaziyyat və məntiqin əhəmiyyəti – Müəllimə Əliyeva Dünya ilə reportaj07.12.2025 - 08:07
"Ömür Boyu Davam Edən Empatiya": Xeyriyyəçilik Bradford məktəbləri arasında körpü yaradır07.12.2025 - 07:54
Astrid Tuminez: Şok və kədər arasında liderlik07.12.2025 - 07:41
Alimlər süni intellektlə bağlı araşdırmaların yanlış problemi olduğunu bildirir: "Bu, qarışıqlıqdur"07.12.2025 - 07:28
7 dekabr 1986 — Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanov anadan olub07.12.2025 - 07:15
UNESCO-da Kamança sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irsi” siyahısına daxil edildi07.12.2025 - 07:02
Almaniyada məktəblilər ayağa qalxdı - “Əsgər getmək istəmirik”07.12.2025 - 06:50
Azərbaycan SSR-də Dağlıq Qarabağ Muxtar Vilayəti Mərkəzi İcraiyyə Komitəsi yaradıldı07.12.2025 - 06:49
7 dekabr 1918 – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası07.12.2025 - 06:36
Anar Kitab Mükafatı almaq istəyir? – Özü açıqladı07.12.2025 - 06:35
7 dekabr – Beynəlxalq Mülki Aviasiya Günü07.12.2025 - 06:23
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev tələbələrlə görüşüb07.12.2025 - 06:20
Bakıda Azərbaycan İstiqlal muzeyinin açılışından 105 İl keçir07.12.2025 - 06:10
7 dekabr 1947 — Sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə anadan olub07.12.2025 - 05:57
7 dekabr 2010 — Əməkdar incəsənət xadimi, şair Ramiz Heydər vəfat edib07.12.2025 - 05:44
7 dekabr 2021 — Tanınmış dilçi alim Qara Məşədiyev vəfat edib07.12.2025 - 05:31
Azərbaycanın görkəmli tarixçisi Aydın Balayevin xatirəsi anılır07.12.2025 - 05:18
Bu gün hava necə olacaq?07.12.2025 - 05:08
Azərbaycan kino sənətinin tanınmış siması Gülbəniz Əzimzadənin anım günüdür07.12.2025 - 05:05
Nəcibə Behbudovanın anım günü qeyd olunur07.12.2025 - 04:52
Ağəli Dadaşovun xatirəsi anılır07.12.2025 - 04:39
Azərbaycanın tanınmış həkimi Araz Budaqovun doğum günüdür07.12.2025 - 04:26
Azərbaycan musiqisinin tanınmış siması – Həsənağa Sadıqovun xatirəsi anılır07.12.2025 - 04:13
Fətəli xan Xoyski – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri07.12.2025 - 04:00
Ermənistanda azərbaycandilli “ReOpen Media” fəaliyyətini dayandırdı06.12.2025 - 20:40
Taksi sürücülərinin imtahanı dekabrın 9-da keçiriləcək06.12.2025 - 19:56
UNEC-in müəllimi Oksford Universitetindən məzun oldu06.12.2025 - 19:49
UNEC Dizayn Məktəbinin müəllimləri Türkiyədə beynəlxalq konqresdə çıxış ediblər06.12.2025 - 19:39
Bu gündən dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq06.12.2025 - 19:29
UNEC-də “Yaşıl Qarabağ” hakatonu keçiriləcək06.12.2025 - 19:19
Tarix-mədəniyyət abidələri və mədəniyyət haqqında qanunlarda nə dəyişir?06.12.2025 - 19:06
Şuşa Dövlət Musiqili Dram Teatrında “Solğun çiçəklər” tamaşasının nümayişi baş tutub06.12.2025 - 18:54
Tarixdəki ən böyük ilan: O, avtobusdan uzun olub06.12.2025 - 18:43
Gündə bir bankadan belə az qazlı içkiqaraciyər xəstəliklərinə səbəb ola bilər06.12.2025 - 18:31
Qəhvə yuxunun keyfiyyətini artırır06.12.2025 - 18:17
Oljas Süleymenov Nobel Sülh Mükafatına namizəd göstərilib06.12.2025 - 18:00
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub06.12.2025 - 17:48