Qarşıdakı dövrdə kolleclərdə qəbul siyasəti əmək bazarının real tələblərinə uyğunlaşdırılacaq.
"Tehsil365" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman "Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" mövzusunda keçirilən tədbirdə deyib.
O,qeyd edib ki, bu məqsədlə ixtisas təsnifatının optimallaşdırılması, kadr hazırlığında keyfiyyət meyarlarının gücləndirilməsi və təhsilalma formalarının çevikləşdirilməsi əsas prioritetlərdən olacaq.

