Təhsil 365 - Logo Mobile

Humanitar Kollecdə Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib - FOTO

5805.11.2025 - 11:15
Humanitar Kollecdə Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib - FOTO

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecdə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 8 Noyabr - Zəfər Günü münasibətilə konsert proqramı təşkil edilib.

Kollecdən “Tehsil365"ə bildirilib ki, tədbir 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kollecin altı məzununun xatirəsinin anılması ilə başlanıb. İştirakçılar şəhidlərin xatirə lövhəsinin önünə tər güllər düzərək onların əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca Dekorativ-tətbiqi sənət və Bədii xalça ixtisası tələbələrinin hazırladıqları, Zəfər Gününə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanışlıq olub.

Tədbirin açılışında Humanitar Kollecin direktoru musiqişünas dosent Nərmin Qaralova çıxış edərək iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. “Düz 5 il öncə, 2020-ci ilin unudulmaz payızında Azərbaycan xalqı bir amal uğrunda - Vətən uğrunda bir yumruq kimi birləşdi. 44 gün ərzində biz əsrlərin həsrət yükünü çiynimizdən atdıq və azadlığa qovuşduq. Bu gün “Qarabağ Azərbaycandır!” sözünü qürurla deyiriksə, bunu şəhidlərimizin qanı, xalqımızın birliyi və Ali Baş Komandanın müdrik rəhbərliyi sayəsində əldə etmişik”, - deyə Nərmin Qaralova vurğulayıb.

Sonra Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayeva da çıxış edib. O bildirib ki, noyabrın 8-nin Zəfər Günü kimi qeyd olunması Prezident İlham Əliyevin xalqımıza ən böyük hədiyyəsidir: “Bu Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, milli kimliyimizin və qürurumuzun bərpasıdır. Qələbə Azərbaycan xalqının birliyi və şəhidlərimizin fədakarlığı ilə mümkün olub”.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin direktoru Əməkdar müəllim Məhəbbət Babayeva və sənət adamı Xədicə Sənanqızı da çıxış edərək, Azərbaycan Ordusunun qəhrəmanlığından və Zəfərin xalqımız üçün mənəvi qürur mənbəyi olmasından danışıblar. Onlar gəncləri vətənpərvərlik ruhuna sadiq qalmağa, sənət vasitəsilə bu dəyərləri yaşatmağa çağırıblar.

Tədbirin bədii hissəsində kollecin müəllim və tələbə heyətinin ifasında “Ritm kompozisiyası”, “Qarabağ havası”, “Vətən, sənə vurulmuşam”, “Azərbaycan”, “Vətən marşı”, “Zəngəzur”, “Zəfər mahnısı”, “Min yaşasın”, “Ey Vətən”, “Anam Azərbaycanım”, “Azərbaycanım mənim” kimi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib ifa olunub.

Kollecin tələbələri Gülçin Tanrıverdiyeva və Canəli Canəliyev isə Zəlimxan Yaqubun “Qələbə, qələbə, yalnız qələbə” və Asim Yadıgarın “Zəfər yolu” şeirlərini səsləndirərək tamaşaçılara təsirli anlar yaşadıblar.

Tədbir Zəfər Gününə həsr olunan qürur və minnətdarlıq duyğuları ilə yekunlaşıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Əməkdar artist Adil Zeynalovun xatirəsi yad edilir12.03.2026 - 07:00
Görkəmli dövlət xadimi və alim Musa Məmmədovun xatirəsi yad edilir12.03.2026 - 06:36
Görkəmli musiqişünas alim Səadət Abdullayevanın xatirəsi yad edilir12.03.2026 - 06:18
Azərbaycanın ilk Hərbi prokuroru Rövşən Əliyevin xatirəsi yad edilir12.03.2026 - 06:00
Görkəmli alim Lətif İmanovun xatirəsi yad edilir12.03.2026 - 05:42
Görkəmli memar Ənvər Qasımzadənin xatirəsi yad edilir12.03.2026 - 05:18
Azərbaycanlı qrosmeyster Teymur Rəcəbovun doğum günü qeyd olunur12.03.2026 - 05:06
Xalq artisti Məbud Məhərrəmovun doğum günü qeyd olunur12.03.2026 - 04:54
Xalq şairi Cabir Novruzun xatirəsi yad edilir12.03.2026 - 04:36
Sosialist Əməyi Qəhrəmanı Şükür Əhmədovun xatirəsi yad edilir12.03.2026 - 04:18
Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılovun anım günü qeyd olunur12.03.2026 - 04:00
Emin Əmrullayev Şuşada tədris prosesini izləyib11.03.2026 - 19:57
Sabah 13 dərəcə isti olacaq11.03.2026 - 19:55
"iPhone 18"lərdə hansı yeniliklər olacaq?11.03.2026 - 19:48
Fəsil dəyişərkən sağlamlığı qorumaq üçün nələrə diqqət edilməlidir?11.03.2026 - 19:45
Adil Kərimli Türk dünyasının teatr nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib11.03.2026 - 19:42
"Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib11.03.2026 - 19:38
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olunub11.03.2026 - 19:34
Şəki teatrında hazırlanmış “Dar ağacı” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb11.03.2026 - 19:30
Qlobal Bakı Forumunun iştirakçıları üçün iftar süfrəsi açılıb11.03.2026 - 19:22
Azərbaycan kinosunun yığcam ensiklopediyası hazırlanıb11.03.2026 - 19:15
Bağçaya ilk dəfə başlayan uşaqlarda adaptasiya prosesini asanlaşdırmaq üçün nə etmək lazımdır?11.03.2026 - 19:08
Məktəbəqədər dövrdə uşaqların emosional inkişafını dəstəkləmək üçün hansı metodlar istifadə olunur?11.03.2026 - 19:02
RFO-nun yarımfinal turunun nəticələri açıqlandı 11.03.2026 - 19:00
Məktəblərdə təhsil və mədəniyyət birləşdirilməlidir11.03.2026 - 18:52
Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində 1100-dən çox şagird təhsil alır11.03.2026 - 18:50
BMU tələbəsi İtaliyanın nüfuzlu universitetinə qəbul olub11.03.2026 - 18:44
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib11.03.2026 - 18:40
Hikmət Məmmədov: İbtidai təhsil mütləq ana dilində aparılmalıdır11.03.2026 - 18:38
Adil Qeybulla: Xəstəliklərin qarşısını almaq üçün mütəmadi profilaktik müayinələr vacibdir11.03.2026 - 18:33
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 18:32
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 18:30
DİM-də təlim təşkil olunub11.03.2026 - 18:28
DİM-in nümayəndələri Niderlandda təlimdə iştirak ediblər11.03.2026 - 18:24
Tarix müəllimlərinin sertifikasiyasında suallar hansı məzmunu əhatə edəcək? - Açıqlama 11.03.2026 - 18:20
Bakı məktəbində ictimai müzakirələr11.03.2026 - 18:18
Əmək və əhalinin sosial müdafiə naziri Laçında vətəndaşların müraciətlərini dinləyib11.03.2026 - 18:14
STK-da “Bahar nəfəsli sənət izləri” adlı tədbir keçirilib11.03.2026 - 18:10
FHN: Yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti vacibdir11.03.2026 - 18:07
Sənətşünas-alim: Açıq dərslər tələbələrə öz bacarıqlarını nümayiş etdirmək imkanı verir11.03.2026 - 18:04
Bakıda körpələr evi-uşaq bağçası istifadəyə verilib11.03.2026 - 18:00
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi 11.03.2026 - 18:00
Mədəniyyət nazirinin Hacıqabul rayonunda vətəndaş qəbulunun vaxtı dəyişdirilib11.03.2026 - 17:57
Ağıllı ayaqqabıların sirri açıqlandı - Qızıl medal qazanan layihənin təfərrüatları11.03.2026 - 17:55
Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib11.03.2026 - 17:55
Naxçıvan idmançıları bu il 50 medal qazanıb11.03.2026 - 17:47
Müəllimlər olmadan güclü təhsil sistemi mümkün deyil – Tallin Sammitindən mesajlar11.03.2026 - 17:45
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qiymətləndirmə çərçivəsi təqdim edildi11.03.2026 - 17:45