Təhsil 365 - Logo Mobile

Ekspert: Payız tətili istirahət üçündür, tapşırıq üçün yox

11705.11.2025 - 12:36
Ekspert: Payız tətili istirahət üçündür, tapşırıq üçün yox

Məktəblərdə payız tətilinin başlanmasına az vaxt qalır. Lakin elə müəllimlər var ki, sanki tətillərin əsas məqsədini unudur və bu dövrü şagirdlərə səhifələrlə tapşırıq vermək üçün fürsət kimi görürlər.

Halbuki payız tətili şagirdlərin istirahəti və dərs gərginliyindən uzaqlaşması üçün nəzərdə tutulub. Amma bir çox müəllimlər bu istirahətə tam mənada imkan vermir.

Bu mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli danışıb.

Tehsil365” olaraq onun qeydlərini sizinlə paylaşırıq.

O qeyd edib ki, müəllimlər belə hesab edirlər ki, tətil müddətində şagirdə nə qədər çox tapşırıq versələr, bir o qədər faydalı olar:

“Ümumilikdə görünür ki, bizim təhsil sistemimiz hələ də kurikulum sisteminə tam uyğunlaşa bilməyib. Bunun səbəbi ondan ibarətdir ki, kurikulum qaydalarına görə ev tapşırıqları nəinki tətil müddətində, hətta dərs dövründə də həddindən artıq verilməməlidir. Amma bizdə təhsil hələ də ənənəvi qaydada davam edir.

Yəni müəllimlər belə hesab edirlər ki, tətil müddətində şagirdə nə qədər çox tapşırıq versələr, bir o qədər faydalı olar. Halbuki onlar anlamırlar ki, tətil şagirdin dərs müddətində yorulduğu üçün ona istirahət və bərpa imkanı yaratmaq məqsədilə verilir. Yəni bu müddət onun müəyyən qədər dərs yükündən azad olması üçündür”.

Biz hələ də köhnə, ənənəvi sistemi davam etdirməkdə israrlıyıq:

“Bununla belə, qeyd etmək lazımdır ki, yeni nəsil, xüsusilə gənc müəllimlər arasında fərqli yanaşma müşahidə olunur. Onlar artıq kurikulum sistemi ilə işləyir, təlimlərdə iştirak edir və internet vasitəsilə beynəlxalq təcrübəni öyrənmək imkanına malikdirlər. Düşünürəm ki, yeni nəsil müəllimlərdə adətən artıq tapşırıqlara rast gəlinmir. Amma görünür ki, bizim bu köhnə ənənəvi sistemdən tam xilas olmağımız üçün hələ bir qədər zaman lazım olacaq.

Ümumilikdə mənzərə belədir: biz hələ də şəxsiyyət yönümlü deyil, daha çox imtahan yönümlü şagirdlər yetişdiririk. Buna görə də 1-ci sinifdən 11-ci sinifə qədər uşaqları repetitor yanına göndərməyə çalışırıq ki, mütləq şəkildə imtahan nəticələri yaxşı olsun. Biz demirik ki, bu şagird vətənpərvər olmalıdır, yaxşı tərbiyə almalıdır, mənəvi cəhətdən zəngin yetişməlidir. Halbuki təhsildə bu kimi dəyərlər də çox vacibdir. Amma biz hər şeyi imtahan nəticələri ilə ölçürük və məqsəd, demək olar ki, yalnız buna yönəlib.

Bu yanaşma isə həm müəllimlər, həm də şagirdlər üçün əlavə gərginlik yaradır. Düşünürəm ki, ən azı tətil müddətində şagirdlərə bir qədər azadlıq və istirahət imkanı vermək lazımdır”.

Rəvan Şəfiyev

Xəbər Lenti

Taksi sürücüləri üçün imtahan keçiriləcək17.01.2026 - 13:39
Alimlərimizin növbəti məqaləsi yüksək impakt-faktorlu jurnalda17.01.2026 - 13:24
Fəlsəfə və Sosiologiya İnstitutunda Məmmədağa Sərdarovun 85 illiyi qeyd olunub - FOTO17.01.2026 - 13:12
Dövlət qulluğu: müsahibə mərhələsi elan edilir17.01.2026 - 12:57
Ucarda ağır yol qəzasında müəllim dünyasını dəyişib17.01.2026 - 12:42
Bu gün Uşaq ixtiraları günüdür17.01.2026 - 12:27
Mədinə Gülgünün anadan olmasının 100-cü ildönümü tamam olur17.01.2026 - 12:15
Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb17.01.2026 - 12:00
Qırmızı kürünün faydaları: Düzgün seçim qaydaları17.01.2026 - 11:49
Təhsilini bitirməyənlərin nəzərinə - İmtahan olacaq17.01.2026 - 11:36
​Bu məktəbin iki şagirdi var17.01.2026 - 11:24
Məktəblərdə üç fənn birləşir17.01.2026 - 11:12
Rəqəmsal dünya planetin suyunu içir - Süni intellekt su böhranı yarada bilər17.01.2026 - 11:00
Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək17.01.2026 - 10:48
Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq17.01.2026 - 10:35
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri 17.01.2026 - 10:20
Kollecə direktor təyin edildi17.01.2026 - 10:08
Rayonlarda distant təhsil başlayır17.01.2026 - 09:56
Bu smartfonlarda süni intellekt pulsuz olacaq17.01.2026 - 09:41
İlham Əliyev bayramlarla bağlı fərman imzaladı17.01.2026 - 09:28
Azərbaycanda bu sahələr üzrə müəllim tapılmır17.01.2026 - 09:17
Daha bir ölkədə “Novruz” milli bayram elan edildi17.01.2026 - 09:05
Azərbaycanlı tələbə Türkiyədə qəfil vəfat edib 17.01.2026 - 08:58
LDU Elmi şurasının yeni ildə ilk iclası keçirilib17.01.2026 - 08:40
Yer kürəsinin ən böyük çay deltaları dayazlaşır17.01.2026 - 08:29
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq17.01.2026 - 08:14
AzMİU ilə “Azərisitiliktəchizat” ASC arasında birgə fəaliyyət imkanları müzakirə edilib17.01.2026 - 07:59
BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib17.01.2026 - 07:46
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək17.01.2026 - 07:30
Hakerlər "Bluetooth" vasitəsilə insanları izləyə bilərlər - XƏBƏRDARLIQ17.01.2026 - 07:14
Həkim: "İndiki uşaqlar infeksiyalarla daha tez-tez qarşılaşırlar"17.01.2026 - 07:00
Astronomlar kosmosda dəmirdən "lent" aşkar ediblər17.01.2026 - 06:48
"ChatGPT" insan beyninə yerləşdiriləcək17.01.2026 - 06:39
ADU-nun Konfutsi İnstitutu Biləsuvarda təhsil əlaqələrini genişləndirir17.01.2026 - 06:27
AzTU beynəlxalq mübadilə proqramlarını genişləndirir17.01.2026 - 06:08
Bu gün hava necə olacaq? 17.01.2026 - 05:52
İki azyaşlı dəm qazdan zəhərlənib17.01.2026 - 05:29
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada uğurla çıxış ediblər17.01.2026 - 05:10
Müəllimlərin əmək məzuniyyətinin qaydası DƏYİŞDİRİLDİ17.01.2026 - 04:59
Dövlət Suverenliyi Günü bayramlar sırasına daxil edildi17.01.2026 - 04:48
Azərbaycanda tanınmış həkim vəfat etdi17.01.2026 - 04:30
NDU-da payız semestrinin imtahan sessiyası ilə bağlı görüş keçirilib - FOTO16.01.2026 - 16:50
Azərbaycan sosial mediada “Instagramı” seçdi - Statistika16.01.2026 - 16:40
Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi16.01.2026 - 16:30
“Bakcell” və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir - FOTOLAR16.01.2026 - 16:20
Ədəbiyyat İnstitutunda 2026-ci ilin ilk Elmi şurası keçirilib16.01.2026 - 16:10
"Tehsil365" İnformasiya Agentliyi 4-cü Könüllülük Proqramına start verir16.01.2026 - 16:02
Suriyadan Azərbaycan vətəndaşı olan ana və 4 övladı ölkəyə gətirilib16.01.2026 - 15:56