Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Kollecin direktoru Mübariz Hacıbəyov çıxışında Zəfər Gününün qürurverici əhəmiyyətindən danışaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun qəhrəmanlığı sayəsində qazanılan Qələbəni xalqımızın birliyinin təntənəsi kimi dəyərləndirib.
Şəhid Ataməli Musaoğlunun anası Leyla Musayeva çıxışında Vətən müharibəsində xalqımızın bir yumruq kimi birləşdiyini, şəhidlərin qanının yerdə qalmadığını vurğulayıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov, eləcə də Sabunçu rayonunun müxtəlif qurumlarının nümayəndələri çıxış edərək xalqımızın Zəfər Günündə göstərdiyi mübarizlik və birliyi xüsusi qeyd ediblər.
Sonda tədbir iştirakçılarına təşəkkürnamələr təqdim olunub, kollec tələbələrinin hazırladığı bədii hissə ilə tədbir yekunlaşıb.

