Təhsil 365 - Logo Mobile

Milli qürurumuz – Azərbaycanın Zəfər Günü

10507.11.2025 - 10:00
Milli qürurumuz – Azərbaycanın Zəfər Günü

Bu gün azad və müzəffər xalq kimi — Zəfərimizin işığını birlikdə duymaq, sevincini bölüşmək, gələcəyə doğru əzmlə addımlamaq, möhtəşəm tariximizi yaşatmaq hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Bu Qələbə təkcə hərbi zəfər deyil, eyni zamanda, xalqımızın birliyinin, milli qürurunun, xalqımızın sarsılmaz iradəsinin və dövlətimizin gücünün təntənəsidir. Zəfər Günü milli ləyaqət, milli qürur, rəşadət və ədalət bayramıdır. Əsgərlərimiz yalnız torpaq uğrunda deyil, şərəf, azadlıq, suverenlik, xalqımızın işıqlı gələcəyi uğrunda mübarizə apardılar.

Tehsil365“ xəbər verir ki, bu fikirlər Əməkdar müəllim, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın “Milli qürurumuz – Azərbaycanın Zəfər Günü” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Vətən müharibəsinin hər günü qəhrəmanlıq dastanı, hər anı fədakarlıq və milli qürurla yazılmış bir tarixdir. Bu hadisə regionun siyasi xəritəsini dəyişməklə yanaşı, postsovet məkanında “dondurulmuş münaqişə” anlayışının tarixi iflasını göstərdi. Azərbaycan ədaləti yalnız diplomatiya masasında deyil, həm də müasir döyüş meydanında sübut etdi.

Ulu Öndər Heydər Əliyev müdrikliklə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək gələcək qələbəmizin bünövrəsini qoydu. Bu yolu layiqincə davam etdirən Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, torpaqlarımızın azadlığı üçün ilk növbədə iqtisadi və hərbi güc vacibdir. Məhz düzgün strategiya nəticəsində Azərbaycan sürətlə gücləndi, iqtisadi cəhətdən müstəqil, müasir, qüdrətli dövlətə çevrildi.

2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Cənubi Qafqazda status-kvo kökündən dəyişildi. Məğrur və qətiyyətli sərkərdəmiz – Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz, xalqımız həm hərbi, həm də diplomatik sahədə tarixi əhəmiyyət kəsb edən Qələbə qazandı. Ali Baş Komandanın nümayiş etdirdiyi iradə və qətiyyət, peşəkar sərkərdəlik məharəti, orduya güclü dəstəyi hər bir döyüşçüyə mənəvi güc verir, düşmən üzərində qələbəyə ruhlandırırdı.

2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırdı. Ondan cəmi bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamaq məcburiyyəti qarşısında qaldı. İkinci Qarabağ müharibəsi Azərbaycan hərb tarixinin ən möhtəşəm bir zəfər səhifəsi kimi əbədi olaraq şanlı tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycanın hərbi əməliyyatları, xüsusilə Şuşanın azad edilməsi müasir dünya tarixinə hərb sənətinin yüksək nümunəsi kimi peşəkar və qətiyyətli əks-hücum əməliyyatı olaraq daxil oldu.

2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycanın Kəlbəcər, Ağdam və Laçın rayonları bircə güllə belə atılmadan azad edildi. Bu, Azərbaycanın hərbi qələbədən sonra onun davamı olan diplomatik-siyasi qələbəsi idi.

2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə 23 saatlıq antiterror tədbirləri nəticəsində qələbənin tamlığı, bütövlüyü, ölkənin tam suverenliyi təmin edildi. Antiterror tədbirlərindən sonra Ermənistan tərəfindən hələ 1990-cı illərin əvvəllərində işğal edilmiş Qazax rayonunun 4 kəndi Azərbaycana qaytarıldı.

Leyla Ağakişiyeva

Xəbər Lenti

Lənkəran-Astara RTİ ilə Həmkarlar İttifaqı arasında müqavilə imzalanıb18.11.2025 - 18:59
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib18.11.2025 - 18:53
Ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər üçün vebinar təşkil olunub18.11.2025 - 18:40
Məktəblilər arasında basketbol çempionatının rayon və zona mərhələləri davam edir18.11.2025 - 18:33
Ankarada “Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirilib18.11.2025 - 18:22
Mingəçevir Turizm Kolleci tələbələri Heydər Əliyev Mərkəzini ziyarət edib18.11.2025 - 18:10
Məzahir Məmmədli: "Tədrisdə fənn sayının azaltması sadə və texniki bir proses deyil"18.11.2025 - 18:00
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçiriləcək18.11.2025 - 17:55
“Alphabet”in rəhbəri süni intellektin risklərindən danışıb18.11.2025 - 17:45
Azərbaycanda bu ixtisası bitirənlər də məhkəmələrdə işə götürüləcək18.11.2025 - 17:43
Naxçıvanda orta tibb işçilərinin işə qəbul prosesi elektron qaydada həyata keçirilir18.11.2025 - 17:40
“Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi” fotosərgisi açılıb18.11.2025 - 17:30
“Dövlət qulluğuna dair qanunvericiliyin təcrübədə tətbiqi məsələləri” mövzusunda təlim keçirilib18.11.2025 - 17:25
Elxan Elatlı bu əsərlərinin dərsliklərdə verilməsini təklif etdi18.11.2025 - 17:21
Milli Mətbuatın 150 illiyinə həsr olunan layihə çərçivəsində bölgələrdə gənclərlə görüşlər keçirilib18.11.2025 - 17:15
DİM fəlsəfə doktoru imtahanı verən iddiaçılara müraciət etdi18.11.2025 - 17:10
Misirdə yeni təbii qaz ehtiyatları tapılıb18.11.2025 - 17:00
Dövlət qulluğu üzrə müsahibə qaydaları ilə bağlı təlim keçirilib18.11.2025 - 16:55
“SÜNİ İNTELLEKT VƏ HUMANİTAR ELMLƏR: MÜASİR VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR” adlı konfrans keçiriləcək18.11.2025 - 16:45
“Xəzər Dənizinin Hüquqi Statusu və Ekoloji Problemləri” mövzusunda dəyirmi masa keçirilib18.11.2025 - 16:30
Azərbaycan və İran İKT sahəsində işçi qrupun yaradılmasını müzakirə edib18.11.2025 - 16:27
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş tədbir keçirilib18.11.2025 - 16:15
HTP çərçivəsində Macarıstanda təhsillə bağlı sənəd qəbulu başlayıb18.11.2025 - 16:00
Rəşad Nəbiyev: "Azərbaycan Malayziyanın 5G, data mərkəzləri və rəqəmsal iqtisadiyyat üzrə təcrübəsini öyrənəcək"18.11.2025 - 15:47
Akademik: İnformasiya axını uşaqlar və cəmiyyət üçün təhlükələr yaradır18.11.2025 - 15:45
“Erkən nikah yeniyetmənin psixoloji inkişafını yarımçıq saxlayır” – Mətanət Əliyeva18.11.2025 - 15:36
Lahıcda Qoruqların İdarəedilməsi Mərkəzinin binası ilin sonuna qədər istifadəyə veriləcək18.11.2025 - 15:33
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-in açılış mərasimi keçirilib18.11.2025 - 15:27
Beynəlxalq STEAM Azərbaycan Festivalından18.11.2025 - 15:17
ADU-da “17 Noyabr: Bir millətin oyanışı” mövzusunda dəyirmi masa keçirilib18.11.2025 - 15:17
Peşə təmayüllü siniflərdə monitorinqlər davam edir18.11.2025 - 15:13
Xüsusi hazırlıq keçmiş 1600-dən çox taksi sürücüsü imtahan verəcək18.11.2025 - 15:03
"Google Play"də yeni FUNKSİYA18.11.2025 - 15:00
Yeni mühitə uyğunlaşma və stresin idarə edilməsi - təlim18.11.2025 - 14:42
Elektrik və elektronika sahəsində ilk izahlı lüğət hazırlanır18.11.2025 - 14:26
"Euronews" Bakı ofisinə daha çox azərbaycanlı jurnalisti işə cəlb edəcək18.11.2025 - 14:15
Beynəlxalq Türk Akademiyası 15 yaşını qeyd edir18.11.2025 - 14:08
İki ölkə mediası arasında yeni memorandum imzalandı18.11.2025 - 14:00
Koreya mətbuatında BMU-İNHA əməkdaşlığı barədə məqalələr dərc olunub18.11.2025 - 13:47
Bp beynəlxalq elmi vəsaitin Azərbaycan dilinə tərcüməsini təqdim edib18.11.2025 - 13:39
Vətəndaş müraciətlərinin statistikası açıqlanıb18.11.2025 - 13:26
"Gənclər sosial şəbəkədən şəxsi inkişaflarına dəstək olmaq məqsədi ilə istifadə etsinlər"18.11.2025 - 13:15
AzMİU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual yarış keçirilib18.11.2025 - 13:14
Andican Dövlət Texniki İnstitutunun nümayəndə heyəti BMU-da səfərdədir18.11.2025 - 13:00
Maaş azlığına görə Avstraliyalı müəllimlərdən etiraz olundu18.11.2025 - 12:45
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti nömrəsi çapdan çıxıb18.11.2025 - 12:30
Azərbaycanda saytlar buna görə çöküb18.11.2025 - 12:15
Qaxda doqquzuncu sinif şagirdi güllə yarası alıb18.11.2025 - 12:00