ABŞ-da aparılan yeni araşdırma müəllimlərin vətənpərvərlik anlayışını öyrətməyə valideynlərdən və ümumi ictimaiyyətdən daha çox önəm verdiyini ortaya qoyub.
"Tehsil365” xəbər verir ki, 2025-ci ilin yazında 1000-dən çox K-12 müəllimi, 1200 valideyn və 1200 yetkin amerikalı arasında aparılan sorğular nəticəsində müəllimlərin 80%-dən çoxu tələbələrə Konstitusiyanın əsas dəyərlərini öyrətməyin çox vacib olduğunu qeyd edib.
Eyni zamanda 62%-i Amerikada yaşamanın müsbət olduğunu şagirdlərə çatdırmağın vacibliyini vurğulayıb. Maraqlısı odur ki, bu fikirlər müəllimlər arasında valideynlərdən və ictimaiyyətdən daha geniş dəstək tapıb. Bu nəticələr ölkədə məktəbdə vətənpərvərlik mövzusunda aparılan müzakirələrə fərqli bir baxış gətirir.
Araşdırma “Education Next” jurnalında dərc olunub və EdChoice ilə Morning Consult təşkilatları tərəfindən aparılıb.

